Jurnalist Zabil Müqabiloğlunu iki hüquqşünas müdafiə edəcək

img1449642
Xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verilən “Gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlunu məhkəmədə “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn və vəkil Elçin Sadıqov müdafiə edəcək.

Vaqif Hüseyn prosesdə Zabil Müqabiloğlunun səlahiyyətli nümayəndəsi, Elçin Sadıqov isə vəkili kimi iştirak edəcək.

Zabil Müqabiloğlunu İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov məhkəməyə verib. İddiaya səbəb bu il mayın 30-da “Gunxeber.com”da getmiş “Vilyam Hacıyevin attestasiya rüşvəti” yazısıdır.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun icraatındadır.

Zabil Müqabiloğlu Nərimanov məhkəməsinin bu iddianı icraata götürməsini qanunsuz sayır, çünki baş redaktor bildirir ki, o, 2013-cü ilin may ayının 15-də yenidən “Yeni Müsavat” qəzetinin redaktoru vəzifəsinə qayıtdıqdan sonra “Gunxeber.com” saytı Nərimanov rayonu ərazisində fəaliyyət göstərmir: “Süleyman Bəşirovun qeyd etdiyi yazının isə Nərimanov rayonu ilə heç bir əlaqəsi yoxdur. Mənim daimi və müvəqqəti qeydiyyatım Nərimanov rayonunda deyil, bu rayonda yaşamıram və işləmirəm. İddiaçının da bu rayona aidiyyəti yoxdur. Bu baxımdan sözügedən iddianın Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinin heç bir hüquqi əsası yoxdur. Belə olan halda bu iddianın cəmi iki gün ərzində icraata götürülərək məhkəmə baxışına yönəldilməsi bizdə suallar doğurur və bunu bu işdə ilk qanunsuzluq sayırıq”.

Zabil Müqabiloğlu bu faktları yazılı şəkildə hakim Məzahir Sadıqovun da diqqətinə çatdırıb.

İyunun 13-də baş redaktor “Media forum” saytına deyib ki, Məzahir Sadıqova məktubuna cavab gəlməyib: “Nərimanov Rayon Məhkəməsində iddianın icraata götürülməsi qanunsuz olsa da, məhkəmə baxışı təyin olunduğu üçün prosesə hazırlaşırıq. Proses iyunun 17-nə təyin edilib. İstər iddianın Nərimanov məhkəməsinə aidiyyəti olmaması, istərsə də iddianın tərtibində yanlışlıqlara yol verilməsi kimi hallar bu iddianın rədd edilməsinə əsas yaradır və biz buna nail olmağa çalışacağıq.

Məsələyə bir çox yerdən diqqət var. Mətbuat Şurasının sədri Əflatun Amaşovla bu barədə danışığımız olub. Əflatun Amaşov bildirdi ki, məsələdən xəbərdardır, vəziyyəti diqqətdə saxlayır”.

280 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Jurnalist Zabil Müqabiloğlunu iki hüquqşünas müdafiə edəcək

13 Haziran 2014

By
@
backtotop