Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi

6105
Almaniyalı diplomat Herbert Salber Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə yeni xüsusi nümayəndəsi təyin edilib. Bu barədə iyunun 12-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Salberi yeni vəzifəsində təqdim edərkən bildirib.

“Səfir Herbert Salberi bu mühüm postda təqdim etməkdən məmnunam. Onun böyük təcrübəsi və biliyi Avropa İttifaqı üçün mühüm resursdur və biz səbirsizliklə onun işinin nəticisini gözləyirik”, – Eşton vurğulayıb.

Salber bu postda fransalı diplomat Filip Lefortu əvəzləyib.

Bundan öncə o, Almaniyanın Belqrad, Vyana və Moskvadakı diplomatik missiyalarında çalışıb. 2006-2011-ci illərdə ATƏT-in münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru olub.

315 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi

13 Haziran 2014

By
@
backtotop