“Danışıqlara başlamaq üçün erməni ordusu işğal etdiyi torpaqlardan çəkilməlidir” – Al Jazeera kanalında debat

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Mövzu ilə bağlı nüfuzlu Al Jazeera Arabic kanalında canlı debat təşkil olunub. Debatda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və erməni jurnalist Tiqran Kapoyan qarşı-qarşıya gəlib.

Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan ordusunun atəşkəsi kobud surətdə pozduğunu, təmas xəttində yerləşən kəndləri atəşə tutduğunu və mülki vətəndaşları öldürdüyünü bildirib. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.

156 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Danışıqlara başlamaq üçün erməni ordusu işğal etdiyi torpaqlardan çəkilməlidir” – Al Jazeera kanalında debat

18 Ekim 2020

By
@
backtotop