Helsinki Komissiyasında dinləmələr Azərbaycanda necə qarşılanır?

1261401845_dsc03706-1024x768
Amerika Helsinki Komissiyasında ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı aparılan dinləmələrə hələ rəsmi mövqe bildirilməsə də, bir sıra siyasi və ictimai xadimlər fikir bildirib. Milli Məclisin deputatları Rasim Musabəyov və Asim Mollazadə dinləmələrdəki müsbət və mənfi məqamlardan danışıb.

“Azərbaycanın ABŞ-dan o dərəcədə asılılığı yoxdur ki, bu müzakirələrə görə hansısa bir ciddi qərarlar verilsin”. Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dünən ABŞ-ın Helsinki Komissiyasında dinləmələrə münasibət bildirərkən deyib.

O, dinləmələrdə insan hüquqları və demokratiya sahəsindəki bəyanatlardan danışarkən deyib ki, Azərbaycanın müvafiq qurumları orada edilən çağırışları, yəqin ki, nəzərdən keçirəcək.

Musabəyov dinləmələr zamanı Azərbaycanda seçki qanunvericiliyi də daxil olmaqla, islahatların aparılmasının zəruriliyi ilə bağlı çağırışlara münasibətində deyib ki, hər yerdə, o cümlədən ABŞ-ın özündə də islahatlara ehtiyac var. “Bu komitə ABŞ-ın ərazisində də bir çox qüsurlar, insan hüquqlarının pozulması, öz ərazisində olan problemlərə diqqəti artırsa pis olmaz”.

Onun fikrincə, Azərbaycan inkişafda olan cavan dövlətdir. “Bəli, bizdə dövlətin də, cəmiyyətin də, hüquqi əsasların da möhkəmləndirilməsinə ehtiyac var. İnsan hüquqlarının qorunmasına da ehtiyac var. Birinci növbədə məhkəmə sistemində islahatlar lazımdır”.

Politoloq Helsinki Komissiyasında Azərbaycanın seçki qanunvericiliyinin ATƏT standartlarına uyğunlaşdırılması ilə bağlı çağırışlara cavabda deyib ki, ABŞ-ın özündə də Buş zamanında Floridada keçirilən seçkiləri ATƏT tənqid etmişdi. “Ancaq ATƏT nümayəndələrini seçki məntəqələrindən qovmuşdular. ATƏT-in tələblərindən çıxış edirlərsə ABŞ-ın seçki qanunvericilinin də ATƏT tələblərinə uyğunlaşdırılmasını düşünsünlər. Tövsiyələrə görə sağ olsunlar. Ancaq Azərbaycandan o dəqiqə onlara “baş üstə” deməsini gözləmək yanlışdır”, deyə o qeyd edib.

Musabəyov hesab edir ki, beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan şəxslərlə bağlı məsələ ciddi müzakirə edilməlidir. “Doğrudan da vicdan məhbusu kimi tanınan şəxslərin işinə yenidən baxılması zəruridir”, deyə deputat bildirib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin sədri Asim Mollazadə bildirib ki, Helsinki Komissiyasındakı dinləmələrin əsas məqsədi Amerika-Azərbaycan əlaqələrini daha da gücləndirməkdir. “Dinləmələr bizim çoxşaxəli əməkdaşlığımızı genişləndirmək üçündür. Əsas fikirlər belə idi: Çox çətin bölgədə yerləşən Azərbaycan ABŞ-ın çox etibarlı tərəfdaşıdır. Enerji, təhlükəsizlik və iqtisadiyyat sahəsində Amerika Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu sahədə Azərbaycan bir sıra müvəffəqiyyətlər qazanıb, Amerikanın Avropa müttəfiqlərinin enerji təchizatında mühüm rol oynayır. İkinci istiqamətdə Azərbaycanda demokratiya, insan hüquqları, demokratik islahatlar sahəsindəki əməkdaşlıqdır. Burada müxtəlif fikirlər ifadə olundu. Mən burada Corctaun Universitetinin professoru Brenda Şafferin fikirlərini dəstəkləyirəm”.

O hesab edir ki, demokratiya, seçki islahatları, insan hüquqları sahəsində də ABŞ-Azərbaycan əməkdaşlığı mümkünüdür. “Seçki sisteminin inkişafı, mən xüsusilə cənab Rubinin Azərbaycanda Rusiyaya qarşı mübarizə istiqamətində atılan addımlarla bağlı dediklərini qeyd etmək istərdim. Azərbaycan demokratiya, insan hüquqları sahələrində də gənc demokratik dövlət olaraq müvafiq addımlar atmalıdır”.

A.Mollazadə hesab edir ki, vicdan məhbuslarının azadlığa buraxılması, seçki qanunvericiliyinin ATƏT standartlarına uyğunlaşdırılması ilə bağlı bəyanatlar ətrafında fikir ayrılıqları olsa da, ciddi araşdırmalar aparılmalıdır. “Məsələn, fikir səsləndirilmişdi ki, Azərbaycanda dini təşkilatların fəaliyyətinin qarşısı alınır. Bunda çox maraqlı əks fikir də söylənildi ki, ABŞ-da da bu dini təşkilatlar çox ciddi maliyyə nəzarətindədir. Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da qeyri-hökumət təşkilatlarının maliyyələşməsi anti-terror qanunvericiliyinin tərkib hissəsidir”.

Onun fikrincə, indiki anda əsas önəmli məsələ ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilməsidir. “İnanırıq ki, assambleya uğurla keçiriləcək və ABŞ nümayəndə heyəti iştirak edəcək. Orada fikir ayrılıqları genişliyi ilə müzakirə olunacaq”.

Mollazadə Helsinki Komissiyasındakı dinləmələrdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ciddi nəticələrin olmaması ilə bağlı bəyanatları əhəmiyyətli sayır. “Amerika-Azərbaycan əməkdaşlığında münaqişənin nizamlanması da mühüm yer tutmalıdır. Həm ATƏT-in, BMT-nin, həm də bütün beynəlxalq təşkilatların təməl prinsipləri burada pozulub. Həm Ukraynada, həm Gürcüstanda, həm Moldovada, həm də Azərbaycanda münaqişənin eyni mexanizmlər istiqamətində cərəyan etməsi çox böyük faciəyə, yüz minlərlə qaçqının hüquqlarının pozulmasına yol açır”, deyə o qeyd edib.

Partiya sədri dinləmələrdə müxalif tənqidi fikrə yer verilməsinin vacibliyi ilə bağlı bəyanatlardan danışarkən deyib ki, bu kimi məsələlər müzakirə mövzusudur. “Biz dəfələrlə müxalifətə tədbirlər üçün daimi bir yer ayrılmasının vacibliyini qeyd etmişik. Bu da bir sıra hallarda mövcud fikir ayrılığının qarşısını ala bilər”, deyə Mollazadə bildirib.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Helsinki Komissiyasında dinləmələr Azərbaycanda necə qarşılanır?

12 Haziran 2014

By
@
backtotop