Hilal Məmmədovun kassasiya şikayətinə baxılması başqa vaxta keçirilib

061200081286
İyunun 12-də Ali Məhkəmədə “Talışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun kassasiya şikayətinə baxılması təxirə salınıb. Buna səbəb H.Məmmədovun iclasda iştirakının təmin edilməməsidir.

İclasın əvvəlində müdafiə tərəfi bununla bağlı vəsatət qaldırıb. Lakin hakim İnqilab Nəsirov bildirib ki, H.Məmmədovun iclasda iştirak istəyilə bağlı ərizəsi və vəkillərin müraciətləri gec daxil olub.

Hakim H.Məmmədovun iştirakının nə dərəcədə vacib olub-olmaması ilə maraqlanıb.

Cavab olaraq vəkil Ramiz Məmmədov bildirib ki, H.Məmmədovun iclasda iştirakı bəzi məsələlərə aydınlığın gətirilməsi səbəbindən lazımdır. Çünki onun məhkəmə instansiyalarına bir çox müraciəti məhkəmə nəzarətçisi qaydasında geri qaytarılıb.

Dövlət ittihamçısı H.Məmmədovun iştirakına eriraz etməyib. Bununla əlaqədar iclas iyunun 25-i saat 11:00-a keçirilib.

* Hilal Məmmədov 2012-c il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. O, dövlətə xəyanətdə, milli ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilinib. H.Məmmədov bütün ittihamları rədd edərək siyasi motivlərlə təqib olunduğunu bildirib. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

215 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hilal Məmmədovun kassasiya şikayətinə baxılması başqa vaxta keçirilib

12 Haziran 2014

By
@
backtotop