ADİHİ rəhbəri Avstriya Parlamentinin baş katibinə Azərbaycanda insan haqlarının vəziyyəti barədə məlumat verdi – FOTO

vyana_parlament60May ayının 1-dən etibarən Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Filolofiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Mayın 5-də Avstriyanın paytaxtı Vyanada rəsmi görüşlərə başlamışdır. Avstriya Parlamentində olan Əhməd Şahidov parlamentin baş katibi Dr. Harald Dossi ilə görüşmüşdür.

Görüş zamanı rəhbərlik etdiyi ADİHİ təşkilatı barədə geniş məlumat verən Əhməd Şahidov habelə Azərbaycan haqqında, demokratik dəyərlər və insan haqları barədə Avstriya Parlamentinin rəhbərliyini məlumatlandırmışdır. Azərbaycandakı parlament sistemi haqqında danışan ADİHİ rəhbəri Avstriya Parlamentinin strukturu, Avropa parlamentində təmsil olunan avstriyalı deputatların statusu və Avstriya qanunvericiliyi ilə maraqlanmışdır.

ADİHİ rəhbərini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən Avstriya Parlamentinin baş katibi Dr. Harald Dossi rəhbərlik etdiyi Avstriya Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat vermiş və avstriyalı deputatların qəbul etdiyi qərarlar barədə danışmışdır.

Görüş zamanı Azərbaycanda fundamental hüquqların təmin edilməsi barədə ətraflı məlumat verən Əhməd Şahidov Dr. Harald Dossiyə Dağlıq Qarabağ konflikti barədə çoxdilli kitab da hədiyyə etmişdir. Daha sonra Harald Dossi ADİHİ rəhbərini Avstriya Parlamentinin binası ilə tanış etmiş, Avstriya Parlamentinin iclas və konfrans zallarını qonağa göstərmişdir.

Görüş üçün Harald Dossi cənablarına öz dərin təşəkkürünü bildirən Əhməd Şahidov ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu və gələcəkdə Avstriya Parlamenti ilə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu arasında informasiya mübadiləsinin, habelə qarşılıqlı səfərlərin mümkünlüyünü bildirmişdir.

vyana_parlament09 vyana_parlament24 vyana_parlament46 vyana_parlament55 vyana_parlament60 vyana_parlament65 vyana_parlament73 vyana_parlament80

255 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Avstriya Parlamentinin baş katibinə Azərbaycanda insan haqlarının vəziyyəti barədə məlumat verdi – FOTO

05 Mayıs 2014

By
@
backtotop