Bəşir Süleymanlıya doğmaları ilə görüş verilmir

basir_suleymanliBakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlıya ailə üzvləri ilə görüş verilmir. Bu barədə Turan-a onun vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, görüş məsələsi bağlı  təcridxana rəhbərliyi qarşısında qaldırılıb. Cavabında bildirilib ki, təcridxanada 2000-nə qədər  şəxs saxlanılır, onlar da doğmaları ilə  görüş gözləyir. B. Süleymanlıya növbə çatanda görüşəcək.

   Mayın 26-da məhkəmə zalında həbs edilən B.Süleymanlı həbsindən sonra bir dəfə mayın 30-da şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşə bilib.

  Vəkil B.Süleymanlının doğmaları ilə görüş hüququnun məhdudlaşdırılmasını əsassız sayır.

F.Namazlı qeyd edib ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 19.6-cı maddəsinə görə, həbs edilmiş şəxs ayda dörd dəfə 4 saatadək müddətə görüş hüququna malikdir:

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-a bildirilib ki, “Bəşir Süleymanlı Bakı təcridxanasında saxlanıldığı qısa müddətdə – mayın 26-dan öz ailə üzvləri ilə bir dəfə görüşüb və iki dəfə gətirilən əşyaları almaq  hüququndan istifadə edib.

“Bəşir Süleymanlının yaxın qohumlarının görüşlə bağlı  müraciəti təmin edilib”, – Penitensiar Xidmətin nümayəndəsi bildirib.

* Mayın 26-da SMDTM-in rəhbəri Anar Məmmədli 5,5 il, Bəşir Süleymanlı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov da həmin müddətə həbs olunub.

Hüquq müdafiəçilərinin fikrincə, onların təqib olunmasının əsl səbəbi 2013-cü ilin oktyabrında keçirilmiş prezident  seçkilərinin saxtalaşdırılması haqda rəy vermələridir.

324 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bəşir Süleymanlıya doğmaları ilə görüş verilmir

12 Haziran 2014

By
@
backtotop