Azərbaycan Dövlət Televiziyasında blogerlik fəaliyyəti və milli maraqlarımızın xaricdə təbliği müzakirə olunub

Azərbaycan Televiziyasında efirə gedən “Çıxışa doğru” tok-şousunun bugünkü buraxılışında blogerlik və Azərbaycanın milli maraqlarının blogerlik vasitəsilə qorunması məsələləri barədə danışılıb.

Mövzunun əsas sualı kimi “Cəmiyyətimizdə blogerlik fəaliyyəti nə dərəcədə aktualdır?”, “İnsanlar özlərini bu fəaliyyətdə nə dərəcədə görə bilir?”, habelə “Blogerlər milli maraqlarımızın qorunmasında nə edə bilər?” və bu kimi suallar ətrafında fikir mübadiləsi aparılıb. Proqramda iştirak edən ekspertlər bu sualın cavabını tapmağa çalışıblar.

Tok-şounun budəfəki ekspertləri aparıcı bloger Səma Abıyeva, hüquq müdafiəçisi və bloger Əhməd Şahidov, jurnalist Toğrul Allahverdili, əməkdar jurnalist Natiq Məmmədli və musavat.com saytının baş redaktoru Xalid Kazımlı olub.

Cəmiyyətimizdə blogerlik anlayışı elə də yeni deyil. Beynəlxalq təcrübə ilə götürəndə isə fərqlilik və ya geri qalmaq özünü büruzə verir. Ekspertlərin fikrinə görə, Azərbaycan auditoriyası oxumaq istəmir. Daha çox vizual olaraq nə isə izləməyə üstünlük verirlər.

Əməkdar jurnalist Natiq Məmmədov bildirib ki, dünyanın ən gözəl təcrübələri gəlib Azərbaycanda tətbiq olunanda, bir qədər mentalitet sayağı dəyişikliyə uğrayır. Məsələn, universitetlərə boloniya sistemi gətirildi, lakin narazılıqlar olundu ki, bu sistem yaxşı effekt vermir və s. Ancaq dünyada bu sistemlə təhsil alıb Nobel mükafatı alan şəxslər var. Onun sözlərinə görə, blogerlik müasir dünyanın trendidir, cəmiyyətimiz üçün çox gərəklidir: “Əgər biz beynəlxaq bloggerlik sferasını təhlil etsək, görərik ki, bloq açaraq ictimai rəydə kifayət qədər nüfuz əldə edən gənc uğurlu blogerlər var. Bloggerlik daha çox gənclərin özlərini reallaşdırma istəyindən irəli gəlir”.

Musavat.com-un baş redaktoru Xalid Kazımlı bildirib ki, öncədən özünü və imzasını təsdiq edən şəxs blogerlik fəaliyyəti ilə məşğul olarsa, o, daha uğurlu olur: “Çünki, 18 yaşlı bir şəxsin sosial şəbəkədə bir məlumat paylaşması yalnız epizodik gündəm ola bilər.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi ki, blogerlik ayrıca bir sənət deyil, əksinə bütün sferalarda təmsil olunan şəxslər paralel olaraq, blogerlik fəaliyyəti ilə də məşğul ola bilər və daha çox auditoriyaya çıxış əldə edə bilərlər: “Bugün ictimai-siyasi həyatımızda da blogerlik fəaliyyəti önəmlidir. Hətta zaman-zaman bizə qarşı yönəlmiş beynəlxalq təhdidlərdə blogerlikdən də istifadənin şahidi oluruq. Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni ziyarətlər edən və milli maraqlarımıza qarşı fəaliyyət göstərən bir-neçə bloger olub ki, Azərbaycan Respublikası həmin şəxslərə qarşı beynəlxalq qanunlar çərçivəsində sərt təqbidlər görüb. Bizlər də bir sıra nüfuzlu beynəlxalq platformalarda rəsmi fəaliyyətlə yanaşı, effektiv blogerlik fəaliyyəti aparırır və milli maraqlarımızın qorunması istiqamətində bu üsuldan istifadə edirik.”

“İnterpress” saytının rəhbəri Toğrul Allahverdili isə qeyd etdi ki, bir sıra azərbaycanlı blogerlər var ki, xaricdə çox böyük auditoriyaya sahibdirlər, lakin milli maraqlarımızın təbliği məsələsində çox passivdirlər, hətta bundan maddi maraq güdürlər: “Biz dəfələrlə Xocalı həqiqətlərinin yayılması üçün xarici ölkələrdə tədbirlər təşkil etmişik və həmin blogerlərə müraciət edərək, bu işdə bizə dəstək göstərmələrini və müəyyən paylaşımlar etmələrini istəmişik, lakin hər dəfə mənfi cavab almışıq. Düşünürəm ki, blogerlərimiz daha çox milli vətənpərvərlik baxımından da fəal olmalıdırlar.”

Müzakirədə iştirak edən auditoriya iştirakçıları sosial mediada nə qədər aktiv olduqları və bu şəbəkələrdən hansı məqsədlərlə istifadə etdiklərini səsləndiriblər. Auditoriyada əyləşən gənclərdən biri təhsil sahəsi üzrə blogerlik fəaliyyəti göstərdiyini və əsas məqsədinin öz dəyərlərini müdafiə etmək olduğunu bildirib. Onlardan birinin xüsusilə gənclərin təhsil sahəsində maarifləndirilməsi olduğunu qeyd edib.

278 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan Dövlət Televiziyasında blogerlik fəaliyyəti və milli maraqlarımızın xaricdə təbliği müzakirə olunub

26 Kasım 2019

By
@
backtotop