Arzu Abdullayeva: Məsələnin həllinin kökü iqtidarın istəyinə dirənib

arzu_abdullayevaAzərbaycanda sosial vəziyyəti çox pis qiymətləndirirəm. Həm pensiyaların səviyyəsi, həm imtiyazlar, əlillərin durumu həddindən artıq aşağıdır. Təbii resurslarla varlı ölkədə belə olmamalıdır. Müqayisədə hətta kasıb Ermənistanla eynidir. Bu barədə Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva Obyektiv televiziyasına (www.obyektiv.tv) müsahibəsində deyib.

  Onun firkrincə insanların sosial durumu bir az da aşağı düşəcək. Çünki 2015-ci ildən neft gəlirləri azalmağa başlayacaq.

   “Bu ola bilsin ki, təkcə siyasətlə məşğul olanlar, vətəndaş cəmiyyətinin fəalları yox, həm də xalqın fəallığına təkan versin.  Fikirləşirəm ki, buna görə çoxlu həbslər, təzyiqlər olur. Bu sadəcə xalqı qorxu içində yaşatmaq üçün edilir”, o qeyd edib.

   Hüquq müdafiəçisi siyasi məhbus probleminin həllinin siyasi iradən asılı olduğunu vurğulayıb. “Çünki bu məsələnin həllinin kökü iqtidarın istəyinə dirənib. Nümayişkaranə göstərilir ki, mən istəsəm azad edəcəm, istəməsəm yox. O beynəlxalq təşkilatlarla ki, Azərbaycan təmas qurub, onun üzvüdür onların təzyiq mexanizmləri çox məhduddur”.

   O Azərbaycan hökumətinin Avropa Məhkəməsinin qərarlarını sonadək yerinə yetirmək istəyində olmadığını deyib. “Bunu nümayiş etdirir ki, istəmirəm. Ya da ki, onlarla şəxsi münasibətlər qurur. Təklif efir ki, mən sənə filan qədər mənfəət verəcəm və bu Avropa Məhkəməsinin çərçivəsində olan bir qərar kimi qəbul olunmasın. Bax belə bir məlumat da var”.

   Abdullayeva ölkədə son həbslərə münasibət bildirərkən deyib ki, çoxsaylı vətəndaş cəmiyyətinin fəalları da prokurorluğa çağırılır. “Səbəb də ondan ibarətdir ki, çalışırlar cəmiyyətdə xof olsun. Məsələn, mən özüm də dindirilmişəm. İnsan hər bir fəaliyyətə görə təqib olunur. Faktiki olaraq belə rəy yaradılır ki, insan fəal olmağa qorxsun. Yəni yeganə yönüm iqtidaryönümlü olmaqdır. İqtidaryönümlü qeyri hökumət təşkilatı, – bu nonsesdir. Ancaq bunu istəyirlər. Xalq arasında da fəallıq olmasın”.

   Hüquq müdafiəçisi hesab edir ki, hökumət vətəndaş cəmiyyətindən, xalqdan qorxmamalıdır. “Belə bir geosiyasi vəziyyət yaranır ki, hökumət məhz öz xalqına arxalana bilər. Bu Qarabağla da bağlıdır, iqtidarın qalıb-qalmamağı ilə də balıdır və s. Əgər xalqa bir balaca yaxşılıq edərsənsə, təmiz işləyərsənsə, demokratik olarsansa, xalq bunu tez başa düşür.

   Bunun üçün susmamaq lazımdır. Vətəndaş cəmiyyətini də fəal olmağa çağırmaq lazımdır”, o qeyd edib.

368 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Arzu Abdullayeva: Məsələnin həllinin kökü iqtidarın istəyinə dirənib

10 Haziran 2014

By
@
backtotop