Yadigar Sadıqovun apellyasiya şikayətinə baxılması təxirə salınıb

yadigar_sadiqovBu gün Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqovun şikayətinə baxılması iyulun 1-dək təxirə salınıb.

Onun vəkili Nemət Kərimli Turan-a bildirib ki, təxirə salmanın rəsmi səbəbi hakimlərdən birinin şəxsi problemi ilə bağlıdır. Lakin vəkil hesab edir ki, əsl səbəb apellyasiya şikayətinə baxılmasını uzatmaq cəhdləridir.

* Yadigar Sadıqov 2013-cü il iyunun 27-də yerli sakin Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. O bildirib ki, iyunun 25-də Y.Sadıqov Lənkəranda çayxanada onu döyüb. R.Kərimovun bəyanatı Y.Sadıqov saxlanmazdan əvvəl hökumətyönlü və dövlət KİV-lərində yayılıb. 2014-cü il yanvarın 13-də Y.Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-müdafiə təşkilatları hesab edirlər ki, Y.Sadıqov müxalifətçi  fəaliyyətinə və sosial şəbəkələrdəki fəallığına görə təqib olunur.

Sülh və Demokratiya İnstitutu onu “İsaxan Aşurov” adına mükafata layiq görüb.

169 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Yadigar Sadıqovun apellyasiya şikayətinə baxılması təxirə salınıb

10 Haziran 2014

By
@
backtotop