R.Mirqədirov: Prokurorluq və məhkəmə Azərbaycanın maraqlarına ziyan vurur

rauf_mirqedirov1Vəkil Elmar Süleymanov iyunun 10-da MTN-in istintaq təcridxanasında jurnalist Rauf Mirqədirova baş çəkib. Jurnalist saxlanma şəraiti və səhhəti ilə bağlı heç bir problem olmadığını bildirib. Bununla belə, o, dünənki məhkəmənin onun yanına notarius buraxılmamasından verdiyi şikayəti təmin etməməsinə qəzəblənib. Bu barədə Turan-a vəkil bildirib.

Mirqədirov vəkili vasitəsilə bəyanat yayıb.

Rauf Mirqədirov bildirir ki, onu Türkiyədə “vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş” bir hadisədir:

“Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədaqətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verib”.

Rauf Mirqədirov bəyanatında deyir ki, “prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

* Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs olunub. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.

Jurnalist ittihamı absurd sayaraq, ifadə verməkdən imtina edirdi. Lakin sonradan bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.

“Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub, aprelin 21-də isə məhkəmə onu 3 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist ittihamı təkzib edərək, absurd adlandırıb və ifadə verməkdən imtina edib. Lakin dünən o, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

R.Mirqədirov: Prokurorluq və məhkəmə Azərbaycanın maraqlarına ziyan vurur

10 Haziran 2014

By
@
backtotop