“Vyana görüşü əsir və girovların dəyişdirilməsi prosesinə təkan verəcək” – hüquq müdafiəçisi

Xəbər verildiyi kimi, martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə baş tutan görüş normal və konstruktiv şəraitdə keçib. Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında baş tutan bu görüş bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır.

Görüş zamanı münaqişə tərəfləri arasında qarşılıqlı etimadı möhkəmləndirməklə bir sıra humanitar aksiyaları dəstəkləmək barədə müzakirələr aparılıb. Vyana görüşünü şərh edən hüquq müdafiəçisi Əhməd Şahidov azərbaycanlı əsir və girvoların dəyişdirilməsi məsələsinin yenidən gündəmə gələcəyini qeyd edib: “Vyana görüşünün səmərəli keçməsi yeni ümidlər yaradır. Və bu ümidlərdən biri də azərbaycanlı əsir və girovlarımızla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin görüşdən dərhal sonra verdiyi açıqlamada humanitar aksiyalar məsələsini qaldırması təsadüfi sayıla bilməz. Düşünürəm ki, tərəflər arasında qarşılıqlı etimadın bərqərar olması üçün əsir və girovların dəyişdirilməsi məsələsi yenidən gündəmə gələcək. Məhz Vyana görüşü bu prosesə təkan verəcək.”

160 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Vyana görüşü əsir və girovların dəyişdirilməsi prosesinə təkan verəcək” – hüquq müdafiəçisi

31 Mart 2019

By
@
backtotop