Məhbus anası dustaqların işgəncəyə məruz qaldıqlarını iddia edir

turme“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 12 saylı həbsxanadakı dustaqlara isnadən insanlara işgəncə verilməsi haqda məlumat yayıb.

Xəbərə görə, məhbuslara işgəncə verilməsinə səbəb buradakı ağır durumla bağlı dustaqların dövlət başçısı İlham Əliyevi həbsxanaya dəvət etməsidir.  Bundan əlavə, dustaqlar bu həbsxanadakı qanunsuzluq, korrupsiya və işgəncələrdən şikayət edirlər. 12 saylı həbsxananın dustaqları saxlanma şəraitlərindən, yararsız qidadan, məhbus yazışmalarına qoyulan məhdudiyyətdən şikayət ediblər. Onların məktubu həbsxana rəhbərliyinə qaytarılıb. Müraciət göndərən məhbusların adı “qara siyahı”ya salınıb. Sənəddə məhbusların Hepatit C xəstəliyinə tutulduqları iddia edilir.

Məbus anası Müslümət Rzaxanova Qobustan qapalı həbsxanasında ömürlük həbs cəzası çəkən dustaqların da təzyiq və işgəncələrə məruz qaldıqlarını nəzərə çatdırır. M.Rzaxanovanın sözlərinə görə, həbsxana rəisi Şahin Osmanov Şakir Rzaxanovu dövlət başçısına müraciət göndərməsini, axşam televizora baxmasını, pəncərənin bağlanmaması üçün önünə taxta parçası qoymasını, nəzarətçi ilə kobud danışmasını iddia edərək cəzalandırıb. M.Rzaxanova bütün bu arqumetnləri əsassız adlandırıb. Hətta Ş.Osmanovun oğlunu həbsxanada ördürtdürmək istədiyini iddia edib.

Son olaraq, M.Rzaxanova dövlət başçısından məhbusların dövlət instansiyalarına sərbəst müraciət edə bilməsi üçün şərait yaratmasını xahiş edir.

318 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhbus anası dustaqların işgəncəyə məruz qaldıqlarını iddia edir

10 Haziran 2014

By
@
backtotop