“Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov

Ötən gün Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçə müraciət ünvanlayıb. Azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə barədə məlumat verən hüquq müdafiəçisi 2014-cü ilin İyul ayından etibarən həmin şəxslərin hüquqlarını müdafiə etdiyini, lakin beynəlxalq təşkilatların bu məsələyə səssiz qaldığını təəssüflə qeyd edib. Azərbaycan və Ermənistanın Avropa Şurasının üzvləri olduğunu diqqətə çatdıran Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı olaraq, Dunya Miyatoviçin bu məsələyə münasibət bildirməsini tələb edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin azərbaycanlı girovlara mütəmadi baş çəkməsi ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin yaydığı açıqlamanı şərh edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB Televiziyasına açıqlamasında Dilqəm Əsgərovun faktiki səhhəti barədə dəqiq məlumatın olmadığını deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin azərbaycanlı girov Dilqəm Əsgərovla bağlı son açıqlamaları bizi qane edə bilməz. Çünki, 2017-ci ilin Noyabr ayının 1-dən bugünə qədər Dilqəm Əsgərovdan hər hansı məktub daxil olmayıb. Ailə üzvləri haqlı olaraq narahatdırlar. Azərbaycanlı girovlarla hər ay görüşdüklərini deyən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi bildirir ki, guya Dilqəm Əsgərov özü məktub yazmaq istəmir. Bu, inandırıcı deyil. Ola bilsin ki, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var və bu səbəbdən artıq 13 aydır ki, ailəsinə məktub göndərmir. Ailə üzvlərinin bununla bağlı narahatlığı başa düşüləndir. Bu baxımdan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət ünvanlamışıq ki, bu məsələni AŞPA-nın Qış Sessiyasında gündəmə gətirsin və Ermənistan tərəfinə çağırış etsin. Biz Dilqəm Əsgərovun səhhəti ilə bağlı tutarlı maddi sübutları görmək istəyirik.”

253 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov

17 Ocak 2019

By
@
backtotop