Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçə müraciət ünvanlayıb.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə barədə məlumat verən hüquq müdafiəçisi 2014-cü ilin İyul ayından etibarən həmin şəxslərin hüquqlarını müdafiə etdiyini, lakin beynəlxalq təşkilatların bu məsələyə səssiz qaldığını təəssüflə qeyd edib.

Azərbaycan və Ermənistanın Avropa Şurasının üzvləri olduğunu diqqətə çatdıran Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı olaraq, Dunya Miyatoviçin bu məsələyə münasibət bildirməsini tələb edib: “Xanım Dunya Miyatoviç. Siz 2018-ci ilin Aprel ayından Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarısız. Lakin 5 ildir ki, erməni girovluğunda saxlanılan azərbaycanlı girovlarla bağlı bir dəfə də açıq mövqe nümayiş etdirməmisiniz. Ötən həftə azərbaycanlı bloger Mehman Hüseynovla bağlı bəyanat verməyiniz Azərbaycandakı prosesləri yaxından izlədiyinizi göstərir. Lakin azərbaycanlı girovlarla bağlı hələ də səssizliyinizi qoruyub saxlamağınızı anlaya bilmirəm. Son 7 ildə sizinlə ATƏT-in Varşava, Vyana və digər şəhərlərdə keçirilən konfranslarında dəfələrlə söhbətlərimiz olub. Sizə böyük hörmətim var. Lakin azərbaycanlı girovlarla bağlı davamlı susqunluğunuz qərəzli və ikili standartlardan çıxış etdiyinizin göstəricisi kimi qəbul oluna bilər”.

Qeyd: Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçə göndərilən məktubun orijinalı ilə buradan tanış ola bilərsiniz

243 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu

15 Ocak 2019

By
@
backtotop