Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Dekabrın 27-də Türkiyənin “Ulusal Kanal” Televiziyasının “Günaydın Türkiyə” verilişinin qonağı olub. Canlı yayında tanınmış aparıcı Can Karadutun suallarını cavablandıran Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi zamanı və ondan sonrakı dönəmlərdə əsir və girov götürülmüş azərbaycanlılar barədə geniş məlumat verib. 

Daha sonra azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə barədə danışan hüquq müdafiəçisi Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını diqqətə çatdırıb və Azərbaycan tərəfinin “hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsi təşəbbüsünə rəsmi Yerevanın hələ ki müsbət cavab vermədiyini bildirib.

334 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb

27 Aralık 2018

By
@
backtotop