“Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov

Azərbaycanda terror aktı törətməyə cəhd edən Ermənistan Respublikası vətəndaşı Karen Armenoviç Kazaryan üzərində məhkəmə prosesi artıq başlayıb. 1(100)-315/2018 saylı cinayət işi üzrə təqsirli bilinən Karen Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir-neçə maddəsi üzrə ittiham olunur. Həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə, İqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə, İctimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə, Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə, İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə ittiham olunan Karen Kazaryan Azərbaycan dövləti tərəfindən pulsuz vəkil, habelə 3 nəfər tərcüməçi kimi təmin olunub.

Hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə Noyabrın 6-da hazırlıq iclasını keçirib. Daha sonra Noyabrın 20-də baxış iclası baş tutub. Noyabrın 27-də isə məhkəmə öz işini davam etdirib.

Məhkəmə prosesi ictimaiyyətə açıq şəkildə keçirilir və mətbuat nümayəndələri da prosesdə iştirak edirlər. Məhkəmə iclasında yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni diversant Karen Kazaryanın hüquqlarının Azərbaycan dövləti tərəfindən tam təmin edildiyini və məhkəmə prosesinin tam şəffaf şəkildə aparıldığını qeyd edib: “Bir hüquq müdafiəçisi kimi deyə bilərəm ki, məhkəmə prosesi tam şəffaf şəkildə aparılır. Müttəhim məhkəmə zalında əlləri sərbəst şəkildə iştirak edir. Onun hüquqları ona izah olunub. Azərbaycan dövləti tərəfindən pulsuz vəkil və 3 nəfər tərcüməçi ilə təmin olunub. Davamlı işgəncələrə məruz qalmış azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesindən fərqli olaraq, erməni diversant Karen Kazaryan məhkəmədə sərbəst şəkildə fikirlərini ifadə edir, ona ünvanlanan suallara cavablar verir və tam rahat şəkildə özünü aparır. Azərbaycan hüquq dövlətidir və cəbhə bölgəsində terrora cəhd edən erməni diversant belə qanun qarşısında cavab verir və onun hüquqları Azərbaycan dövləti tərəfindən qorunur.”

226 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov

27 Kasım 2018

By
@
backtotop