Din xadimlərinin növbəti təkmilləşdirmə kursu iyunun 9-dan başlayır

sheyxDin xadimlərinin təkmilləşdirmə kursları davam edəcək. Bu haqda Turan-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

O qeyd edib ki, növbəti kurs iyunun 9-dan başlayır və 3 həftə davam edəcək və yenə də bu kurslara 50 nəfər din xadiminin cəlb olunması nəzərdə tutulur. Beləliklə, bir orucluq ayı istisna olmaqla, qalan bütün aylarda kursların davam etdirilməsi qərara alınıb. Həm də hazırda ölkədə QMİ-nin tabeliyində olan bütün dini personal bu kurslardan keçməlidir.

Bu kurslar din xadimlərinin daha çox dövlət-din münasibətlərinə dair hüquqi bilgilər almasını, dindarların cəmiyyətə inteqrasiyası məsələsinə yardımçı olmağı nəzərdə tutur. A.Paşazadə cəmiyyətin dindarları ayrı bir kasta yox, elə özünün parçası bilməsi, eləcə də dindarların özlərini cəmiyyətin bir parçası sayması kimi zərurətin dərk edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, din xadimlərinin təkmilləşdirilməsi ilə bağlı kurslar Azərbaycanda ilk dəfə təşkil edilir. İlk kurslar fəaliyyətini iyunun 6-da başa vurub. Kursu başa vuran 50 nəfər din xadiminə sertifikatlar təqdim edilib.

207 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Din xadimlərinin növbəti təkmilləşdirmə kursu iyunun 9-dan başlayır

07 Haziran 2014

By
@
backtotop