Milli Şura Leyla Yunusa təzyiqləri pisləyir

cemil_hesenliDemokratik Qüvvələrin Milli Şurası (DQMŞ) hüquq müdafiəçisi Leyla Yunusa qarşı aparılan zorakı addımları pisləyən açıqlama verib.

Milli Şura tanınmış hüquq müdafiəçisi L.Yunusa və həyat yoldaşı Arif Yunusa qarşı repressiyaların davam etməsindən ciddi narahatçılıq ifadə edib.

Müəlliflər L.Yunusun prokurorluq tərəfindən təhdid olunması, həbslə hədələnməsi, iqtidarın nəzarətində olan KİV-lər və o cümlədən telekanalların qaralama kampaniyasına cəlb edilməsini siyasi sifariş adlandırır. Leyla və Arif Yunusların bir aydan artıqdır ki, prokurorluq tərəfindən alınmış xarici pasportları və mülkiyyətinə aid sənədlərin qaytarılmadığı vurğulanır. Bu müsadirələrin hansı əsasla aparılması haqda izah verilmir. Müəlliflər belə qeyri-hüquqi addımları insan hüquqlarının kobud şəkildə pozulması sayırlar.

Sənəddə müxtəlif layihələrdə iştirak edən şəxslərin şahid qismində istintaqa cəlb edilməsi L.Yunusa qarşı “sübut” toplamaq üsulu adlandırılır. Hər iki şəxsin MŞ-nın üzvü olduğu xatırladılır və onlara qarşı qaralama kampaniyası MŞ-ya qarşı aparılan repressiv siyasətin tərkib hissəsi sayılır.

Müəlliflər hakimiyyətin, prokurorluq orqanlarının L.Yunusa münasibətdə apardığı qanunazidd əməlləri pisləyərək, hüquq müdafiəçisinə qarşı aparılan repressiya və zorakılığa son qoymağı tələb edir.

330 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Milli Şura Leyla Yunusa təzyiqləri pisləyir

07 Haziran 2014

By
@
backtotop