12 saylı koloniyanın dustaqları rəhbərliyin özbaşınalığından şikayətlənirlər

turme12-saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir qrup məhbus prezident İlham Əliyev başda olmaqla bir sıra vəzifəli şəxslərə müraciət göndəriblər.

Müraciətin surəti “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndərilib. Məhbuslar məktubun media vasitəsi ilə ünvanlara çatdırılmasını xahiş edirlər.

Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov və digərlərinə qarşı ciddi itthamlar irəli sürülür.

Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya, özbaşınalıq, işğəncə, narkotik maddə satışı baş alıb gedir.

Bundan əlavə, imkanlı məhbuslara əlavə şərait yaradılıb, imkansızlar isə alcaldılır.

Məhbuslar prezident İlham Əliyev,  ədliyyə naziri Fikrət Məmmədov, ombudsman, milli təhlükəsizlik naziri, baş prokuror,  Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən, həmçinin millət vəkilləri, Azərbaycandakı beynəlxalq təşkilatların nümayəndələrindən  və  hüquq müdafiəcilərindən 12 saylı cəzaçəkmə müəssisəsinin  rəhbərləri ibarəsində qanuni tədbirlərin görülməsini xahiş ediblər.

Penitensiar Xidmətin mətbuat xidmətindən isə Turan-a bildirilib ki, müraciətdə göstərilənlər həqiqətəuyğun deyil.

322 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

12 saylı koloniyanın dustaqları rəhbərliyin özbaşınalığından şikayətlənirlər

06 Haziran 2014

By
@
backtotop