İyunun 12-də Ali Məhkəmədə Hilal Məmmədovun şikayətinə baxılacaq

hilal_memmedovİyunun 12-də Ali Məhkəmədə “Tolışi sado” qəzetinin baş redaktoru, 5 il müddətinə azadlıqdan məhrum edilmiş Hilal Məmmədovun kassasiya şikayətinə mahiyyəti üzrə baxılacaq.

Şikayətə saat 11:00-da İnqilab Nəsirovun sədrliyi ilə cinayət işləri üzrə kollegiyada baxılacaq.

Həmin vaxt Kəmaləddin Bədəlovun sədrliyi ilə inzibati-iqtisadi işlər üzrə kollegiyada H.Məmmədovun DİN və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması üzrə digər kassasiya şikayətinə baxılacaq. Bu barədə Turan-a H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsindən bildirilib.

Vəkil Ramiz Məmmədov eyni zamanda iki şikayətə baxılmasını Turan-a şərh edərkən deyib: “Fiziki baxımdan insan eyni vaxtda iki iclasda iştirak edə bilməz. Bununla o, öz şikayətinə baxılması zamanı iştirak imkanlarından məhrum edilir”.

Onun sözlərinə görə, kassasiya şikayətində cinayət işinin arasdırılması zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyindən H.Məmmədova qarşı cinayət işinin dayandırılması məsələsi  qoyulur.

* Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanətdə, milli ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.

H.Məmmədov bu itthamları rədd edir. O, siyasi motivlərlə təqib olunduğunu hesab edir.

Amnesty İnternational H.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.

290 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İyunun 12-də Ali Məhkəmədə Hilal Məmmədovun şikayətinə baxılacaq

06 Haziran 2014

By
@
backtotop