Ömər Məmmədovun işi üzrə prosesdə hakim vəkilin vəsatətini təmin etməyib

omer_memmedovBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə Facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam edib.

İclas zamanı vəkil Xalid Bağırov Ö. Məmmədovun həbsdən öncə valideynləri ilə yazışmasının surətinin məhkəmə işinə əlavə olunması haqda vəsatətlə çıxış edib. Bu yazışma Ö.Məmmədovun siyasi motivlərlə təqib olunmasını təsdiqləyir. Məhkəmə vəsatəti təmin etməyib.
Ö.Məmmədov Şimali Kiprdə təhsil alıb. Bu müddətdə gəncin atası oğlunun Facebook-dakı fəaliyyəti ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Doğmaları Öməri xəbərdar ediblər ki, qayıtdıqdan sonra həbs oluna bilər. Belə də olub. Yanvarın 20-də Ömər tətilə gəlib. Yanvarın 24-də qanunsuz  narkotik maddə alverində ittiham olunaraq həbs edilib.

Növbəti məhkəmə iclası iyunun 13-nə təyin edilib.

* 19 yaşlı Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsdən sonra NİDA hərəkatına qayıdıb.

Ö.Məmmədov sosial şəbəkələrdə fəal iştirak edib. Facebook-da “AzTv-dən seçmələr”səhifəsinin((https://www.facebook.com/pazaztv?fref=ts ) administratoru olub. Burada hakimiyyətin eyiblərini açan karikaturalar, kollajlar, şərhlər yer alıb. 

267 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ömər Məmmədovun işi üzrə prosesdə hakim vəkilin vəsatətini təmin etməyib

06 Haziran 2014

By
@
backtotop