May ayının 9-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Polşa Respublikasının Xarici İşlər Nazirliyində işgüzar görüşlər keçirib. İlk öncə Polşa XİN Şərq Departamentinin müdir müavini cənab Marek Calka ilə görüşən ADİHİ sədri rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat vermiş və Polşa ilə əlaqələrindən danışmışdır.
Əhməd Şahidovu Varşava şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Marek Calka Polşanın xarici siyasəti barədə məlumat vermiş, regionda baş verən son hadisələr barədə ətraflı danışmışdır. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı gələcək fəaliyyət istiqamətləri də müzakirə edilmişdir. Görüşün sonunda Əhməd Şahidov polşalı diplomata azərbaycanlı əsir və itkin düşmüş vətəndaşlar barədə ensiklopedik kitab hədiyyə etmişdir.
Daha sonra Polşa XİN-in Xarici Siyasət Strategiyası Departamentinin sədr müavini xanım Karolina Novak və departamentin gənc mütəxəssisləri ilə bir araya gələn ADİHİ rəhbəri Polşa Respublikasının xarici siyasətinin bəzi məqamları üzərində fikir mübadiləsi aparmış, insan haqları və demokratik dəyərlər barədə şəxsi fikirlərini bölüşmüş və Azərbaycan-Polşa münasibətləri barədə danışmışdır. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun fəaliyyəti barədə məlumatlar polşalı diplomatların marağına səbəb olmuşdur.
Mövzu
Oxşar xəbərlərMay ayının 9-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Polşa Respublikasının Xarici İşlər Nazirliyində işgüzar görüşlər keçirib. İlk öncə Polşa XİN Şərq Departamentinin müdir müavini cənab Marek Calka ilə görüşən ADİHİ sədri rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat vermiş və Polşa ilə əlaqələrindən danışmışdır.