“AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov

22-26 Yanvar tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası keçirilib. Sessiyanın ilk günündə AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri, İnsan Haqları üzrə Komissar, habelə komitə sədrləri seçilib. Yeni dönəm üçün AŞPA-nın prioritetləri elan olunub. Ölkələrin ərazi bütövlüyü məsələsi, münaqişələrin sülh yolu ilə həll olunması, qaçqın və məcburi köçkünlərin hüquqları, münaqişə ocaqlarında mülki əhalinin təhlükəsizliyi və digər məsələlər AŞPA-nın fəaliyyət planında prioritet elan olunub.

Azərbaycan nümayəndə heyəti də AŞPA-nın Qış Sessiyasında yaxından iştirak edib. Milli Məclisin deputatlarından ibarət rəsmi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri də AŞPA-nın Qış Sessiyasında xüsusi fəallıq nümayiş etdiriblər. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov sessiya çərçivəsində AŞPA üzvləri ilə görüşlər keçirib və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması mövzusunu gündəmdə saxlayıb.
AŞPA-nın Qış Sessiyasının yekunları barədə fikirlərini bölüşən hüquq müdafiəçisi Əhməd Şahidov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində Strasburqda görülən işlər barədə geniş müsahibə verib. Həmin video müsahibəni təqdim edirik.

320 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov

27 Ocak 2018

By
@
backtotop