Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Budapeşt şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib. ŞKTC-nin Budapeştdəki fövqəladə və səlahiyyətli səfiri xanım Selda Çimenlə görüşən ADİHİ rəhbəri Azərbaycan-Şimali Kipr əlaqələrini müzakirə edib, iki ölkənin milli maraqları naminə görülən işlərdən danışıb və ŞKTC-nın bütün dünyada tanıdılması istiqamətində fikir mübadiləsi aparıb.
Azərbaycanlı hüquq müdafiəçisini Budapeştdə salamlamaqdan məmnunluğunu ifadə edən səfir Selda Çimen Şimali Kipr Türk Cümhuriyyətinin bütün Türk dünyası, eləcə də Azərbaycan Respublikası ilə əlaqələri barədə məlumat verib, prioritet hədəflərdən söz açıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, habelə Şimali Kipr Türk Cümhuriyyətindəki insanların haqlarının qorunması istiqamətində birgə fəaliyyətin konturları müzakirə edilib.

383 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib

21 Kasım 2017

By
@
backtotop