Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 7-də Sarajevo şəhərində Bosniya və Herseqovinanın Ombudsmanı xanım Jasminka Dzumhur ilə görüşüb. Görüş zamanı Azərbaycan həqiqətləri – Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən azərbaycanlı girovlar barədə danışan hüquq müdaifəçisi Bosniya və Herseqovinanın Ombudsman İnstitutu ilə yaxından əməkdaşlıq etmək niyyətini də açıqlayıb.

ADİHİ rəhbərini Sarajevo şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən xanım Jasminka Dzumhur rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, Bosniya və Herseqovinada insan haqlarının vəziyyəti, ölkədə yaşayan etnik xalqların hüquqları və Avropaya inteqrasiya məsələrindən söz açıb.

Gələcək əməkdaşlıq barədə ilkin razılığa gələn tərəflər informasiya və mübadilə təcrübəsi, qarşılıqlı səfərlər, birgə tədbirlər, habelə hər iki ölkənin milli maraqlarının qorunması istiqamətində səyləri birləşdirmək barədə razılığa gəliblər.

400 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb

07 Kasım 2017

By
@
backtotop