Məhkəmə Rauf Mirqədirovun apellyasiya şikayətini təmin etməyib

rauf_mirqedirovBu gün Bakı Apellyasiya Məhkəməsində  “Zerkalo” qəzetinin  müxbiri Rauf Mirqədirovun MTN təcridxanasında saxlandığı müddətdə doğmaları ilə görüşmək və telefonla danışmaq, həmçinin öz seçimi ilə qəzet və jurnallarla tanış olmaq hüququnun pozulması üzrə apellyasiya şikayətinə baxılıb.

Vəkil Elmar Süleymanov Turan-a bildirib ki, hələ aprelin 25-də müdafiə tərəfi R.Mirqədirovun hüquqlarının pozulması ilə bağlı istintaq orqanına şikayət edib.

Lakin mayın 7-də Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranski R.Mirqədirovun sözügedən hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edib. Bununla bağlı müdafiə tərəfi Səbayel məhkəməsinə müraciət edərək aprelin 25-dən mayın 7-dək təcridxana rəhbərliyi tərəfindən R.Mirqədirovun hüquqlarının pozulmasının tanınmasını istəyib.

Lakin hakim Rauf Əhmədov vəkilləri xəbərdar etmədən şikayətə baxaraq belə qarara gəlib ki, bu, İnzibati-İqtisadi Məhkəmənin yurisdiksiyasına aiddir.

Vəkilin sözlərinə görə, təcridxanada saxlanma müddətində hüquqların pozulmasına dair şikayətlərə ümumi məhkəmələr tərəfindən məhkəmə nəzarəti qaydasında baxılmalıdır.

Müdafiə tərəfi hakim R.Əhmədovun hərəkətindən Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin bu gün hakim Qədim Babayev  şikayəti təmin etməyib.

 Digər şikayət isə müstəntiq İbrahim Ləmbəranskinin hərəkətindən verilib. Səbayel məhkəməsinin hakimi Azər Tağıyev onu təmin etməyib.

İyunun 6-da şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Şikayətə baxılan zaman R.Mirqədirovun bəyanatla çıxış edəcəyi göslənilir. Bəyanatın məzmunu hələlik açıqlanmır. Gələn həftə R.Mirqədirov istintaqa ifadə verəcək.

R.Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edildikdən sonra həbs olunub. O, Ermənisanın xeyrinə casusluqda  ittiham olunub və aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.

Jurnalist ittihamı absurda sayaraq ifadə verməkdən imtina edirdi. Lakin ötən gün o, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.

161 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə Rauf Mirqədirovun apellyasiya şikayətini təmin etməyib

05 Haziran 2014

By
@
backtotop