“Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib

Sentyabrın 14-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Düşüncə, vicdan, din və ya inanc azadlığı” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanın multikulturalizm ənənələrindən danışıb, müxtəlif dinlərə, millətlərə və inanclara malik insanların sülh və qardaşlıq şəraitində yaşadığını və Azərbaycanı özlərinə doğma Vətən hesab etdiklərini diqqətə çatdırıb.

Avropada baş verən son proseslər fonunda bir çox ölkələrdə dini və etnik zəmində qarşıdurma hallarının artdığını, nifrət cinayətlərinin çoxaldığını deyən hüquq müdafiəçisi Avropanın hələ çox şeyləri öyrənməli olduğunu bildirib və Azərbaycanı nümunə kimi göstərib. “Avropa Azərbaycanın multikulruralizm ənənəsini öyrənə və öz həyatında tətbiq edə bilər. Bu, Avropada davamlı sülhə və sabitliyə gətirib çıxaracaq”, deyə Əhməd Şahidov əlavə edib.

Daha sonra işğal olunmuş Azərbaycan ərazilərində məscidlərin, tarixi-mədəni abidələrin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını bildirən Əhməd Şahidov özündən öncə çıxış edən Ermənistan səfirini real faktlardan danışmağa və Dağlıq Qarabağda dağıdılan məscidlər barədə söz açmağa çağırıb.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

358 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib

14 Eylül 2017

By
@
backtotop