Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə proses başlayır

hesen_huseynliİyunun 5-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncənin “İntellektual Vətəndaş Maarifləndirmə Mərkəzi” QHT-nin rəhbəri Həsən Hüseynlinin işi üzrə hazırlıq iclası keçirilib.

O, CM-in 221.3-cü maddəsi (“xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə” ilə ittiham olunur. İstintaqın məlumatına görə, Hüseynli guya Gəncə sakini Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib. Hüseynlidən ölkəni tərk etməmə haqqında iltizam alınıb.

Vəkil Əlaif Həsənovun Turan-a verdiyi məlumata görə, hazırlıq iclasında müdafiə tərəfi iki vəsatətlə çıxış edib: işin istintaqa prosessual nəzarəti həyata keçirən prokurora qaytarılması. Müdafiə tərəfi bunu saxlanma zamanı prosessual normaların və Hüseynlinin hüquqlarının kobud şəkildə pozulması ilə əsaslandırıb.

Belə ki, martın 31-də saxlandıqdan sonra o, vəkillə təmin edilməyib, ailə üzvlərinə isə Hüseynlinin saxlanması barədə məlumat verilməyib.

Vəkilin sözlərinə görə, bu halda söhbət Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulmasından gedir. Lakin hakim bu vəsatəti təmin etməyib.

İkinci vəsatət prosesin videoçəkilişinin aparılması və çəkiliş materiallarının işə əlavə edilməsi zərurəti ilə bağlı olub. Amma hakim bu vəsatəti də təmin etməyib.

İşə mahiyyəti üzrə baxılması 13 iyun saat 12.00-a təyin edilib.

Vəkil həmçinin qeyd edib ki, Qəhrəmanov Hüseynliyə böhtan atıb.

“Müdafiə tərəfin əlində bu insanın şəxsiyyəti haqqında məlumatlar var və biz məhkəmə prosesində bu faktları açıqlayacağıq”, deyə vəkil bildirib.

“İntellektual Vətəndaş” QHT (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.

Bu QHT-nin əsas missiyası Azərbaycanın qərb bölgəsində açıq cəmiyyət ideyalarının yayılmasından ibarətdir. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib, layihənin əsas hədəf qrupu gənclərdir.

286 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə proses başlayır

05 Haziran 2014

By
@
backtotop