ABŞ-ın Helsinki komissiyası Azərbaycana dair xüsusi dinləmələr keçirəcək

senatABŞ-ın Helsinki komissiyası gələn həftə Azərbaycandakı vəziyyətə dair xüsusi dinləmələr keçirəcək.

Bu barədə Turanın Vaşinqton müxbirinə ABŞ Konqresindəki mənbələrdən məlum olub.

Həmin mənbələrə görə, Azərbaycandakı durum, ikitərəfli münasibətlər, demokratiya və insan hüquqları sahəsində  vəziyyət barədə bir sıra məruzəçilər çıxış edəcək.

Bunların sırasında ABŞ dövlət katibinin müavinin iki köməkçisi də var – Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə).

Dinləmələrdə həmçinin NED təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy  və Corctaun universitetinden Brenda Şafer çıxış edəcəkdər.

Dinləmələrin gündəliyi hələ açıqlanmayıb.

Amma şübhəsiz ki, diqqət mərkəzində  bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə hücumlar, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və rəsmi Bakının insan hüquqları sahəsində öhdəliklərinə məhəl qoymaması kimi məsələlər olacaq.

Xatırladaq ki, Helsinki komissiyasına senatorlar, konqressmenlər və eləcə də Dövlət departamentinin, Pentaqonun və ABŞ Maliyyə nazirliyinin nümayəndələri daxildir.

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ-ın Helsinki komissiyası Azərbaycana dair xüsusi dinləmələr keçirəcək

04 Haziran 2014

By
@
backtotop