Rauf Mirqədirov istintaqa ifadə verməyi qərara alıb

rauf_mirqedirov1“Zerkalo” qəzetinin müxbiri, Ermənistanın xeyrinə casusluqda ittiham olunan Rauf Mirqədirov istintaqa ifadə vermək qərarına gəlib. Bu barədə onun vəkillərindən biri Elmar Süleymanov bildirib.

Aprelin 21-də həbs olunduqdan sonra o, ifadə verməkdən imtina etmişdi, çünki casusluq ittihamını absurd sayırdı.

“Lakin indi jurnalist bəzi məqamlara aydınlıq gətirmək niyyətindədir”, – vəkil qeyd edib. O deyib ki, vəkillər R.Mirqədirovun bu niyyəti ilə bağlı istintaqa müraciət edəcəklər.

Vəkil iyunun 5-də R.Mirqədirovun apellyasiya şikayətinə baxılarkən məhkəmədə bəyanatla çıxış edəcəyini istisna etməyib.

İlkin istintaqın gedişini şərh edən E.Süleymanov bildirib ki, praktiki olaraq R.Mirqədirova qarşı istintaq aparılmır. “İndiyədək istintaq jurnalistə qarşı heç bir sübut irəli sürməyib”, – vəkil açıqlama verib.

Onun sözlərinə görə, istintaq R.Mirqədirova qarşı ifadə almaq üçün jurnalistləri və fəalları çağırır. Lakin hələlik onunla hər hansı üzləşmə aparılmayıb.

“Bu, dolayısı ilə göstərir ki, heç kim R.Mirqədirova qarşı ifadə verməyib”, – vəkil vurğulayıb.1

290 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Rauf Mirqədirov istintaqa ifadə verməyi qərara alıb

04 Haziran 2014

By
@
backtotop