ReAL sədri İlqar Məmmədov saxlanma şəraitindən narazıdır

ilqar_memmedovReAl Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov özünə qarşı psixoloji təxribatdan ehtiyatlanır.

Bu barədə ReAl Hərəkatının icraçı katibi Natiq Cəfərli öz Facebook profil səhifəsində yazıb ki, 7 aydır Şəki İstintaq Təcridxanasında saxlanılan ReAl Hərəkatının sədri İlqar Məmmədov özünün müraciəti əsasında kamerada tək qalırdı.

Lakin mayın 31-də təcridxana rəhbərliyindən bir nəfər İlqar Məmmədovun yanına gəlib.

“Onun qaldığı korpusa ilan girdiyini deyərək, ehtiyatlı olmağı məsləhət görüb. İyunun 1-də isə o, yenə İlqar Məmmədovun yanına gələrək, kameraya bir nəfər salmaq istədiyini bildirib. İlqar imtina edərək tək qalmaqda israr edib. Sonra təcridxana rəhbərliyi 2 nəfər dustaq gətirərək İlqarın kamerasına yerləşdirib. Həmin adamlar 2 gündür İlqarın rahatlığını tam pozublar. İlqarın siqaret tüstüsünü götürmədiyini təcridxana rəhbərliyi bilir, həmin 2 nəfər siqaret çəkərək kamerada nəfəs almağı mümkünsüz ediblər.

İlqar Məmmədovun telefonla evlərinə bildirdiyinə görə, son hadisələr, apellyasiya baxışının qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatdan xəbər verir”.

Vəkil Fuad Ağayevin sözlərinə görə, qanunvericiliyə görə məhbus birnəfərlik kamerada qalmaq hüququna malikdir. Digər tərəfdən, siqaret çəkməyən bir nəfərin siqaret çəkənlərlə eyni kameraya yerləşdirilməsi sağlamlıq üçün təhlükəlidir. Vəkil iyunun 5-də Məmmədovla görüşmək niyyətindədir.

Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsinin məqsədinin onu susdurmaq və cəzalandırmaq niyyətindən ibarət olduğunu etiraf edən qərar qəbul edib.

17 mart 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədovu 7 il müddətinə azadlıqdan məhrum edib. O, 23-24 yanvar 2013-cü il İsmayıllı hadisələri ilə bağlı saxta ittihamla təqsirli bilinib.

Mayın 22-də Avropa Məhkəməsi ReAl hərəkatının lideri İlqar Məmmədov barəsində qərar qəbul edərək, onun azadlığının, təqsirsizlik prezumpsiyasının pozulduğunu, hüquqlarının məhdudlaşdırıldığını etiraf edib.

Amnesty International təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Lakin Azərbaycan hakimiyyəti İlqar Məmmədovun həbsinin siyasi motivli olduğunu inkar edir.

273 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ReAL sədri İlqar Məmmədov saxlanma şəraitindən narazıdır

03 Haziran 2014

By
@
backtotop