Əsgərin valideynləri övladlarının durumuna görə tibb məntəqəsinin həkimini təqsirli bilirlər

metbuat_konfransiƏsgər Nurlan Əliyevin valideynləri çərşənbə axşamı RATİ-də oğullarının durumu ilə bağlı mətbuat konfransı keçiriblər.

Əsgərin atası Polad Əliyev oğlunu 2014-cü ilin yanvarında Astara rayon hərbi komissarlığından tam sağlam vəziyyətdə hərbi xidmətə yola saldığını deyib. N.Əliyev öncə Gəncədə, fevralın sonlarından isə Gədəbəydəki hərbi hissələrin birində xidmətə davam edib. Aprelin 8-də övladına baş çəkməyə gedən P.Əliyev oğlunun sarılıq xəstəliyinə tutulduğunu, öskürdüyünü, qızdırmalı olduğunu görüb.

Buna baxmayaraq, ata övladına hər-hansı tibbi yardım göstərilmədyini iddia edib. “Oğlum dəfələrlə komandirə xəstə olması haqda müraciət etsə də, tibbi məntəqənin həkimi Qafar adlı şəxs əsgərə heç bir xəstəliyi olmadığını deyərək “pozisiyaya” göndərib”, – deyə P.Əliyev oğlunun səhhətinin ağırlaşmasına görə Qafar adlı həkimi təqsirli bilib.

P.Əliyev hərbi hissə rəhbərliyi ilə uzun danışıqlardan sonra övladının may ayının əvvəlində Gəncə hospitalında yoxlanmasına nail olub. Həm də burada N.Əliyevin Hepatit B xəstəliyinə tutulduğu üzə çıxır. Bundan sonra müalicə üçün Bakıya mərkəzi hospitala göndərilir. Hazırda hospitlaın infeksiya bölməsində müalicə alır.

Valideynlər N.Əliyevin müayinəsinin nəticələri barədə həkimlərin onlara məlumat verməməsindən narazılıq ediblər. Həm də bir aydır ki müalicə getməsinə baxmayaraq, N.Əliyevin səhhətində sağalmağa doğru irəliləyiş yoxdur.

Bu isə valideynləri narahat edir. P.Əliyev oğlunu paytaxt klinikalarının birində müalicə etdirmək istəsə də, buna razılıq vermirlər. Əsgərin həddən artıq öskürməsilə bağlı Vüsal adlı həkimə müraciət edəndə həkim bunu N.Əliyevin siqaret çəkməsilə izah edib. N.Əliyeivin valideynləri isə övladlarının siqaret çəkmədiyini deyiblər. Beləliklə, müalicənin düzgün istiqamətdə getməsini şübhə altına alıblar.

Əsgərin anası Sevda Əliyeva isə oğlunu müalicə edən həkimlərə xəbərdarlıq edib. “Əgər oğlumun başına bir iş gəlsə, ondan sonra yaşamaq istəmirəm, elə hospitalın önündə özümü yandıracağam”, – deyə atacağı addımı nəzərə çatdırıb.

S.Əliyeva övladının səhhətinin indiki hala düşməsinə səbəb kimi hərbi hissədəki baxımsızlığı, nəzarətsilziyi, bəzi hərbi qulluqçuların kobud davranışlarını göstərib. Son olaraq, valideynlər övladlarının vəziyyəti ilə bağlı dövlət başçısına müraciət ediblər.

Səslənən ittihamlara cavab almaq və xəstə əsgərin vəziyyətini öyrənmək üçün mərkəzi hospitala zəng etsək də, 541 13 13 nömrəli telefona cavab verən şəxs infeksiya şöbəsində şəhər telefonu olmadığını, yalnız daxili telefon olduğunu bildirib.

383 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əsgərin valideynləri övladlarının durumuna görə tibb məntəqəsinin həkimini təqsirli bilirlər

03 Haziran 2014

By
@
backtotop