Almaniyanın Hamburq şəhərində ATƏT Nazirlər Şurasının 23-cü iclası keçirilib

Hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində bir sıra görüşlər keçirib

8-9 Dekabr tarixlərində Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçirilib. ATƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin qatıldığı toplantıda ATƏT-in bütün strukturları, habelə səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media orqanları da təmsil olunublar.

Toplantıda Almaniyanın ATƏT-ə sədrliyi dövründə görülən işlər, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, ATƏT məkanında mövcud olan digər münaqişələr müzakirə edilib. Gələn ildən ATƏT-ə sədrlik edəcək Avstriya öz prioritetlərini açıqlayıb.

İclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, habelə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşlər keçirilib.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müxtəlif ölkələrin diplomatları ilə görüşlər keçirib və Dağlıq Qarabağ münaqişəsi barədə ətaflı məlumat verib. Avropalı jurnalistlərlə yaxından təmasda olan hüquq müdafiəçisi Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb və Dağlıq Qarabağda keçirilən saxta məhkəmə prosesinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib.

496 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Almaniyanın Hamburq şəhərində ATƏT Nazirlər Şurasının 23-cü iclası keçirilib

09 Aralık 2016

By
@
backtotop