“Dilqəm və Şahbaz barədə məhkəmə qərarı 1949-cu il Cenevrə Konvensiyasına ziddir” – ATƏT-də kəlbəcərli girovlar barədə məruzə

Noyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in “Effektiv və mükəmməl ədliyyə sistemi: məhkəmələrin müstəqilliyi və keyfiyyəti” mövzusunda üç günlük konfrans öz işini yekunlaşdırıb. ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud ədliyyə sistemləri, məhkəmələrin və hakimlərin müstəqilliyi müzakirə edilib.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov vətəndaş cəmiyyəti və məhkəmələr arasındakı münasibətlərə toxunub, hakimlərin müstəqil və ədalətli qərar çıxarmasında vətəndaş cəmiyyətinin rolu barədə danışıb. Bir çox ölkələrdə məhkəmələrin siyasi, dini və milli zəmində qərarlar çıxardığını xüsusi vurğulayan ADİHİ rəhbəri 2014-cü ilin İyul ayında erməni hərbçiləri tərəfindən girov götürülmüş üç azərbaycanlı – Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında söz açıb. Həsən Həsənovun amansızcasına qətlə yetirildiyini bildirən hüquq müdafiəçisi digər iki mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan saxta məhkəmə prosesi barədə danışıb və bunun 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğunu deyib.

ADİHİ rəhbəri Əhməd Şahidov çıxış edərkən zalı tərk edən Ermənistan nümayəndəsi rəsmi Yerevanın ünvanına səslənən ittihamlardan yayınıb.

403 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Dilqəm və Şahbaz barədə məhkəmə qərarı 1949-cu il Cenevrə Konvensiyasına ziddir” – ATƏT-də kəlbəcərli girovlar barədə məruzə

23 Kasım 2016

By
@
backtotop