Bəşir Süleymanlıya şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşməyə icazə veriblər

basir_suleymanliİyunun 2-də vəkil Fariz Namazlı Kürdəxanı istismar təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə və bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlıya baş çəkib.

Onun sözlərinə görə, onlar saxlanma şəraitindən şikayət etməyiblər, amma barələrində çıxarılmış hökmə razı deyillər və ondan şikayət verəcəklər. Vəkillər hələ hökmü almayıblar və qərarın bu həftə onlara veriləcəyini gözləyirlər, bundan sonra onlar apellyasiya şikayəti tərtib edəcəklər.

Bununla belə, Namazlı qeyd edib ki, Süleymanlıya doğmaları ilə şüşə arakəsmə vasitəsilə görüş veriblər.

“Bu münasibəti başa düşmürük. İstintaq təcridxanasında görüş otaqları boş olduğu halda, Süleymanlıya doğmaları ilə o otaqlardan birində görüşməyə icazə verməyiblər.

Bu tədbirə ayrı-seçkilik kimi baxmaq olar? Bu suala cavabda vəkil deyib ki, ola bilər ki, anlaşılmazlıq baş verib. “Amma təkrarlanarsa, bu, Süleymanlıya qarşı qərəzli münasibət kimi qiymətləndiriləcək”, deyə vəkil bildirib.

Xatırladaq ki, mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5,5, Bəşir Süleymanlını 3,5 il müddətinə azadlıqdan məhrum edib, Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə şərti olaraq 3,5 il cəza alıb. Onlar vergi ödənişindən yayınmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli biliniblər.

Lakin yerli və beynəlxalq demokratik ictimaiyyətin qənaətinə görə, onlar İlham Əliyevin 3-cü dəfə Azərbaycan prezidenti vəzifəsində qalması ilə nəticələnən 2013-cü il prezident seçkilərində həyata keçirdikləri müstəqil monitorinqə və seçki kampaniyası və səsvermə zamanı aşkar edilmiş pozuntuların elan edilməsinə görə mühakimə olunub.

329 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bəşir Süleymanlıya şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşməyə icazə veriblər

03 Haziran 2014

By
@
backtotop