Elçin Şıxlı: Müstəqil olmağı çox xoşlayıram

elcin_sixli“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı qəzetin bağlanması və bundan sonra atılacaq addımlarla bağlı Obyektiv tv-yə müsahibə verib. Müsahibəni təqdim edirik:

Sual: Ayna-Zerkalo qəzetinin bağlanmasının səbəbi nədir? Bəyanatla çıxış etmisiniz.

Cavab: Çox danışmışam bu barədə. Yenə də təkrar edirəm ki, hal-hazırdakı vəziyyətdə qəzeti müstəqil şəkildə saxlamaq və dolandırmaq mümkün deyil. Burada bir məqam da var. Bəlkə bunu söyləməmişəm, indi söyləyirəm. Mən özüm müstəqil olmağı çox xoşlayıram. Təbii ki, hamının maraqlarını nəzərə almağa çalışıram. Amma bir halda ki, mənim şəxsi müstəqilliyim təhlükə altındadır, o təhlükəni yaradan da qəzetimdirsə, burada seçim qarşısında qalıram. Ya şəxsi müstəqilliyimi, şəxsi mənliyimi tapdalayıb qəzeti saxlamalıyam, ya da bundan şəxsi azadlığımı itirməmək üçün imtina etməliyəm. Mən indi demirəm ki, imtina etmişəm. Hər halda, bu həddə çox yaxın vəziyyətdəyəm.

Sual: Qəzetinizin bağlanması ilə bağlı bəyanatınız Rauf Mirqədirovun həbsindən və redaksiyanızda axtarış prokurorluq tərəfindən aparıldıqdan sonrakı dövrə təsadüf edilir. Burada siyasi məqamlar nədir?

Cavab: Mən yenə deyirəm, bu sualı çox verirlər mənə, Rauf Mirqədirovun həbsi qəzetlərin bağlanmasına səbəb deyil. Amma, belə deyək, bu, bir təkan ola bilər. Nə mənada, çünki mənən çox ağırdı. Mirqədirov “Zerkalo”nun gözü idi. Onun yazıları qəzetin oxunaqlığının böyük bir qismini təmin edirdi. Belə deyək, Rauf Mirqədirov qəzetin Messisi idi (Barselona-futbolçu).

Sual: Siz etiraz olaraq Mətbuat Şurasından da çıxdınız. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetə maliyyə yardımı ayırmaqdan da imtina edib. Burada bir bağlılıq varmı?

Cavab: KİVDF-ən başlayaq, onlar imtina etmədi. Böyük müqavilə var idi. Üç aylıq. Ay ərzində iyirmi məqalə mövzuya uyğun şəkildə çap olunmalı idi. Mən qəzeti aylıq formatdan həftəliyə keçirəndə müqavilənin şərtlərini yerinə yetirə bilmədim və məktub yazdım ki, artıq bu müqavilənin şərtlərini yerinə yetirə bilmirəm. Amma dedim ki, əgər həftəlik format qane eləyərsə, həftəlik formata uyğun olaraq, məsələn, 20 yox, 4 və ya 5 məqalə olarsa, onun müqabilində dəstək verərsinizsə, çox sağ olun, verməzsinizsə, yenə çox sağ olun. Çünki müqavilənin şərtini mən pozmuşam. Onlar öz istəkləri ilə bunu etməyiblər.

Mətbuat Şurasına mən müraciət etmişəm.Ona görə ki, MŞ-nın təsisçilərindən biri də “Zerkalo” qəzetidir və mən belə düşünürəm ki, hər halda MŞ qəzetin düşdüyü vəziyyətə diqqət yetirməlidir.

Sual: Qəzetin çapı üçün işıq ucu varmı?

Cavab: Mən hələ ümidimi itirməmişəm. Amma mən belə hərəkət etmək istəmirəm ki, məsələn, hər-hansı bir məbləğ tapıldı və kimsə maliyyə dəstəyi verdi. 100 min və ya 50 min verdi. Mən bu qəzeti ay yarım – iki ay buraxdım. Ondan sonra vəziyyət faciəvi olaraq qalacaq. Belə həllin tərəfdarı deyiləm. Belə olacaqsa, qəzeti bərpa etməyin də mənası yoxdur.

Sual: Bəs çıxış yolunu nədə görürsünüz?

Cavab: Çıxış, bilirsiniz, ictimaiyyətin qınağı olmalıdır. İctimiayyətin tələbi olmalıdır. Əgər ictimaiyyət nəyəsə ehtiyac duyursa, tələbatını bildirməlidir bu və ya digər şəkildə.

283 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Elçin Şıxlı: Müstəqil olmağı çox xoşlayıram

03 Haziran 2014

By
@
backtotop