ATƏT-in Varşava toplantısında Azərbaycanda keçiriləcək Referendum müzakirə olunub

Sentyabrın 19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Demokratik institutlar və onların fəaliyyəti” mövzusunda keçirilən ilkin müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda keçiriləcək Ümumxalq səsverməsi – Referendum barədə danışıb. Azərbaycan xalqının Referendum günü öz siyasi iradəsini ortaya qoyacağını deyən Əhməd Şahidov ABŞ-ın Freedom House təşkilatının son günlər Azərbaycana yönəlik təxribat xarakterli bəyanatlarını da pisləyib və bununla bağlı ABŞ-ın ATƏT-dəki nümayəndəsinə öz iradını bildirib.

382 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT-in Varşava toplantısında Azərbaycanda keçiriləcək Referendum müzakirə olunub

20 Eylül 2016

By
@
backtotop