Bugün ölkəmizdə terror aktı baş vermirsə, bu, Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir – Əhməd Şahidov

İyulun 1-də Lənkəran şəhərində “Birgəyaşayışın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanda multikulturalizm və birgəyaşayışın əsasları müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanda birgə yaşayış modelinin dünyada təbliğ edilməsinə geniş şərait yaradıb. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərirlər.

Daha sonra çıxış edən Lənkəran şəhər icra hakimiyyətinin nümayəndəsi Könül Manafova tədbir iştirakçılarını şəhər icra başçısının adından salamlayaraq ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən danışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Ramin Cəfərov təmsil etdiyi qurumun bu sahədə dəstəklədiyi layihələrdən danışıb.

Azərbaycan xalqının hər zaman etiqad etdiyi dinlə yanaşı digər dinlərə və onların nümayəndələrinə hörmətlə yanaşdığını deyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsinin rəhbəri Qağayı Məmmədov bildirib ki, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngin ölkədir. Burada fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vətənimizin azadlığı, firavanlığı və birliyi uğrunda çalışmışlar.

“İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanın Multikulturalizm və dini dözümlülük siyasətinin öyrənilməsinə ehtiyac var. Heydər Məscidində qılınan vəhdət namazı dünyaya sülh və bərabərlik mesajı idi.

Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov dünyadakı mövcud birgəyaşayış modellərindən danışıb və Azərbaycandakı multikultural modelin maraqla qarşılandığını diqqətə çatdırıb. Əhməd Şahidovun sözlərinə görə, dünyada insanlar birgəyaşayışın daha mükəmməl modelinin axtarışındadır. Multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır. Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları artıq real təhlükəyə çevrilməkdədir. Bucür cəmiyyətlərdə dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri yox olur və terror insanları öz ağuşuna alır. Hüquq müdafiəçisi xüsusilə qeyd edib ki, bugün küçədə, nəqliyyatda, ictimai yerlərdə terror hadisəsi baş vermirsə, bu, həm də Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir. Azərbaycan dövləti polis orqanlarının timsalında ölkədə ictimai-siyasi asayişin qorunmasında və kriminogen durumun nəzarətdə saxlanılmasında durmadan fəaliyyət göstərir.

Tədbir din xadimləri və şəhər ictimaiyyəti nümayəndələrinin qarşılıqlı müzakirələri ilə davam edib.

lenkeran12lenkeran1 lenkeran2 lenkeran3 lenkeran4 lenkeran5 lenkeran6 lenkeran7 lenkeran8 lenkeran9 lenkeran10 lenkeran11

342 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bugün ölkəmizdə terror aktı baş vermirsə, bu, Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir – Əhməd Şahidov

04 Temmuz 2016

By
@
backtotop