Azərbaycanda insan haqları sahəsində mənzərəni dəyişmək vaxtıdır

xalid_agaliyevAzərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyə başlaması ilə əlaqədar Media Hüququ İnstitutu “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycanda icrası” haqqında sənəd hazırlayıb.

Sənədin məzmunu və ondan irəli gələn nəticələrlə bağlı Turan-ın suallarını MHİ-nin layihələr üzrə koordinatoru Xalid Ağaliyev cavablandırır.

Sual:  Sənədə hansı suallar daxildir?

Cavab: Hesabat 2014-cü ilin may ayınadək Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı və Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyi qərarların icrası durumunun analizini əhatə edir. Sənəddə eyni zamanda, Avropa Məhkəməsi qərarlarının icrası üçün milli və beynəlxalq nəzarət mexanizmi, o cümlədən qərarların icrası üçün zəruri olan tövsiyələr yer alıb.

Sual:   Avropa Şurası Parlament Assambleyası hesab edir ki, Azərbaycan demokratik və plüralist cəmiyyətə doğru hərəkət edir. Sizin sənəd bu qənaəti təsdiqləyirmi?

Cavab: AŞPA-nın bu qənaəti yəqin ki, yalnız AİHM-in Azərbaycanla bağlı çıxardığı qırarların və onların icra durumun analizinə əsaslanmır. Belə yüksək qənaətə gəlmək üçün xeyli geniş olan fərqli sahələrin analizi də tələb olunur. Qeyd olunmalıdır ki, Azərbaycanda demokratik və hüquqi bir dövlətin bərqərar olması üçün hələ xeyli ciddi işlər görülməli, köklü islahatlar həyata keçirilməlidir. Hesabatda da eyni yanaşma göstərilib, çünki Azərbaycana qarşı çıxarılan qərarların böyük əksəriyyəti problemlərin sistemlə bağlı olduğunu göstərir və qərarların icrası üçün həmin problemlər institutsional səviyyədə islahatların həyata keçirilməsini tələb edir.

Sual:   Azərbaycandan AİHM-ə daxil olan müraciətlərin sayı çoxdur?

Cavab:  Muraciətlərin kəmiyyəti bu hesabatın araşdırma predmeti olmayıb. Öncə qeyd etdiyim kimi, hesabat hazırlanarkən AİHM-in Azərbaycanla bağlı çıxardığı və icraya yönəldilən qərarlar araşdırılıb. Azərbaycandan AİHM-ə müraciətlərin az və ya çox olması ilə bağlı sualları öncəki illərin rəqəmləri ilə və ya oxşar durumda olan ölkələrə aid statistika ilə müqayisə etməklə söyləmək daha doğru olardı. Ümumi statistikaya görə. 2014-cü ilin yanvarınadək Azərbaycandan AİHM-ə 1463 şikayət gönədərilib. Eyni dövr üçün Ermənsitandan 998, Gürcüstandansa 2488 şikayət göndərilib. Ancaq say əsas indikator deyil. Başqa indikatorları tətbiq etməklə daha dürüst müqayisələr aparmaq mümkündür. Ancaq bu daha geniş araşdırmanın mövzusu ola bilər. Bəlli olan odur ki, illər üzrə müqayisədə şikayətlərin sayı artan xətt üzrə gedir. İnsanlar Avropa Məhkəməsi  barədə daha çox bilgilənirlər, təbii ki, bu da şikayətlərin sayında artıma təsir edir. Lakin şikayətlərin sayının artması ilə yanaşı onların məzmun, keyfiyyət artımına da diqqət yetirmək gərəkir. Bu mövzuda bəzi tendensiyalar var ki, onların üzrərində durulması lazımdır. Konvensiyanın elə maddələri var ki, onlar üzrə AİHM qərarlarının sayı azdır. Məsələn, Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı ciddi problemlər olduğu halda bu hüququn pozulması ilə bağlı Azərbaycana qarşı ilk qərar yalnız 2013-cü ilin sonunda çıxarılıb. Hüquqlarla bağlı məhdudiyyətlərdən sui-istifadə ilə bağlı problemlər olduğu halda Avropa Konvensiyasının 18 maddəsi yalnız bu il, AİHM-nin İlqar Məmmədov işində tətbiq olunub. Azərbaycanda teleradio tənzimlənməsi ilə bağlı ciddi problemlər var. Bu sahə hökumətin tam kontrolundadır. Ancaq AİHM-in bununla əlaqəli Azərbaycanla bağlı qərarı hələ yoxdur. Halbuki, 5-6 il öncə Avropa Məhkəməsi Moldovaya qarşı örnək qərar qəbul edib ki, həmin qərar Moldovada teleradio tənzimlənməsinin inkişaf etdirilməsinə xeyli töhfələr verib. Bütün bunlar belə bir mülahizə yaradır – hüququ pozulanlar üçün gərəkli vasitə, alət olaraq Avropa Məhkəməsindən kifayət qədər keyfiyyətlə istifadə olunduğunu söyləməyə də tərəddüdlər var.

Sual:  Sizin hesabatda öhdəliklər də daxil olmaqla, milli və Avropa qanunvericiliyi ilə bağlı hansı xarakterik pozuntular qeydə alınıb?

Cavab: Sənəddə Avropa Məhkəməsinin yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ,  azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı, mülkiyyət hüququ, seçki hüququ ilə bağlı icraya yönələn  qərarları təhlil olunub. Sənəd çox sayda maddələri əhatə etdiyi üçün konkret pozuntuları sadalamaq zaman alar. Bir çox qərarlar problemlərin qanunvericilikdən və ya qanunvericiliyin tətbiqi təcrübəsindən irəli gəldiyini göstərir. Qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı onu xüsusilə qeyd etmək yerinə düşür ki, Avropa Məhkəməsinə müraciət üçün əsas şərtlərdən biri daxili hüquqi müdafiə vasitələrini tükəndirməkdir, yəni işlərin böyük əksəriyyəti hüquq mühafizə qurumları, məhkəmələrin hüquq pozuntularına lazımi qiymət verməməsinin nəticəsində Avropa Məhkəməsinin araşdırma predmeti olur. Eyni zamanda bir çox qərarlar bir-birini təkrarlayır və bu tip işlərin icra durumu onu göstərir ki, dövlət sistemdəki problemləri aradan qaldırmağa elə də ciddi səylər nümayiş etdirmir. Kompensasiyaların təyin olunduğu bir çox işlərdə sadəcə, kompensasiyanı ödəməklə ədalət bərpa olunmur. Ədalətin bərpası daha geniş anlayışdır.

Sual:  AİHM-in bir sıra qərarı var ki rəsmi Bakı bunları yerinə yetirmir. Məsələn, Əli İnsanovun, İlqar Məmmədovun, Leyla Yunus və digərlərinin işləri üzrə. Bu cür məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etməklə hökumət nəyə arxalanır?

Cavab:  Hesabatda da icra olunmayan işlərlə bağlı məlumat var. Ümumiyyətlə Avropa Məhkəməsi qərarlarının icrası iki tip tədbirləri nəzərdə tutur: xüsusi və ümumi tədbirlər. Xüsusi tədbirlərə kompensasiya, işdən asılı olaraq onun yenidən yenidən araşdırılması aiddir. Azərbaycanda adətən kompensasiyaların ödənilməsi ilə bağlı problemlər olmur. Amma Avropa məhkəməsinin qərarından sonra işin yenidən araşdırılmasında ərizəçilərin narahatlıqları qalmaqda davam edir. Məsələn, hesabatda da qeyd olunduğu kimi, Avropa Məhkəməsini qərarından sonra aparılan daxili araşdırmaların Əli İnsanovla bağlı qərarda tanınmış pozuntuların aradan qaldırılması ilə bağlı narahatlıqlar var və bu məsələ Nazirlər Komitəsinin nəzarətindədir. Eyni narahatlıqlar Huseyn və başqaları Azərbaycana qarşı işində yaşanmaqdadır. AİHM-in Azərbaycanla qərarlarının presedent olaraq milli məhkəmələrdə tətbiqində də ciddi narahatlıqlar var. Məsələn, AİHM Akif Muradverdiyev, Qənimət Zahid işlərində tanınmiş ictimai-siyasi xadimlərin məhkəməyəqədər həbsdə tutulmasının pozuntu olduğunu tanıyıb. Ancaq yerli məhkəmə təcrübəsi dəyişmir ki, dəyişmir. Heç bir ictimai-siyasi fəalın işində bu təcrübə təbiq edilməyib, istər Əvəz Zeynallı, istər Anar Məmmədli, istərsə də İlqar Məmmədov, Tofiq Yaqublu məhkəməyə qədər zəruri əsaslandırma olmadan həbsdə saxlanılıblar. …İlqar Məmmədovun işinə gəldikdə, bu iş üzrə qərar yalnız qüvvəyə minəndən sonra icraya yönəldiləcək, o səbəbdən onun icrasından danışmaq tezdir. Amma təbii ki, hökumət pozuntuları indiki mərhələdə də aradan qaldıra bilər. Ümumilikdə, hökumətin arxayınlığını azaltmaq üçün vətəndaş cəmiyyəti qurumları, medianın fəallığı çox önəmlidir, onlar bu məsələləri daim gündəmdə tutmağa çalışmalıdırlar.

Sual:  Nazirlər Şurasının funksiyalarından biri AİHM-in qərarlarının icrasına nəzarətdir. Bu, ölkənin AŞ Nazirlər Kabinetində sədrliyi dövründə Avropa Məhkəməsinin qərarlarının icrası probleminə necə təsir göstərəcək?

Cavab:  Ümumi müşahidələr onu göstərir ki Nazirlər Komitəsində sədrliyin Avropa Məhkəməsinin qərarlarının icrasına ciddi müsbət təsir etməsi sual altındadır. Burda bizə yalnız ümid etmək qalır. Sədrliyə başlayarkən Azərbaycan prioritet kimi üç əsas məsələ – insan haqları, hüququn aliliyi və demokratiya ilə bağlı Avropa Şurasının vəzifə, öhdəliklərinə əməl olunması, inkişaf etdirilməsi yolunda çalışağına söz verib. Normal halda dövlət ən azı öz nüfuzunun qayğısına qalıb daha məsuliyyətli davrana bilər.

Sual:  Sizin sənəd AŞ Nazirlər Kabinetinin tövsiyələrini əhatə edir?

Cavab:  Bəli, hesabat NK tövsiyələrini də əhatə edib. Bəzi qərarların icrası yalnız kompensasiyaların ödənilməsi ilə kifayətlənmir. Nazirlər Komitəsi dövlətdən qərarların icrası durumu, yəni pozuntunu aradan qaldırmaq üçün dövlətin fəaliyyət planı haqqında cavab gözləyir. NK-nın Azərbaycanla bağlı qərarların icrasından bəhs edən veb-səhifəsinə nəzər saldıqda görürük ki, bəzi qərarların icrası ilə bağlı hökumət hələ də məlumat verməyib və ya tam məlumat verməyib. Bu baxımdan NK-ya iş üzrə ərizəçilərlə yanaşı vətəndaş cəmiyyəti qurumları da yardımçı olmalı və mütəmadi olaraq aidiyyatı üzrə məlumatlar, hesabatlar göndərməlidir. Məsələn, media ilə, xüsusilə ifadə azadlığı ilə bağlı Media Hüququ İnstitutunun hazırlayıb təqdim etdiyi bilgilər NK-nin qərarların icrası ilə bağlı veb-səhifəsində yerləşdirilib. Bu, NK-ya aidiyyatı olan tövsiyələri hazırlamağa və dövlətin öz öhdəliklərini necə yerinə yetirməsinə nəzarət etməyə yardımçı olur. Bu hesabatda konkret maddələr üzrə tövsiyələr də yer alıb.

Sual:  2011-ci ildə qəbul olunmuş insan hüquqları üzrə Milli Fəaliyyət Planında Azərbaycan hökuməti AİHM-in qərarlarının effektiv icrası ilə bağlı öhdəlik götürüb. Proqramın özünün effektivliyini necə qiymətləndirmək olar?

Cavab:  Hesabatda bununla bağlı qeydlər var. Ümumi yanaşma budur ki, önəmli olan sənədin özündən daha çox onun necə icra olunmasıdır. Avropa Məhkəməsi qərarlarının icrasını səmərəli etməyi nəzərdə tutan bu sənədin özünün icrası sual altındadır. İnsan haqlarına bir dəyər kimi münasibət dəyişməsə, siyasi iradə ortada olmasa bu tip sənədlər elə də səmərəli olmayacaq. Milli fəaliyyət proqramından daha öncə insan haqlarına hörməti tələb edən xeyli qanunlar var. Qərarların icra durumu yalnız proqramın effektiv olmasını arzulamağa əsas verir.

Sual:   Fəaliyyət Planının icrasına cavabdeh olan dövlət qurumlarına nə tövsiyə edərdiniz?

Cavab:  Dövlət qurumları özünü demokratik hüquqi dövlət elan etmiş dövlətin qurumları olaraq sadəcə, qanunla onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməlidirlər. Həm də vətəndaş cəmiyyəti də bu sahədə çalışır və bacardığı dəstəyi göstərməyə hazırdır. Hesabatdakı tövsiyələr əsasən dövlət qurumlarına yönəlib. Avropa Məhkəməsinin yalnız Azərbaycanla bağlı olan işləri deyil, digər ölkələrlə bağlı örnək qərarlarını da mütləq izləmək lazımdır. Bu fürsətdən istifadə edib milli hüquqda olan problem və boşluqları aradan qaldırmağa çalışmaq lazımdır, post-faktum yanaşma aradan götürülməlidir.

Sual:  Sizcə, AİHM-ə müraciətlərin sayının az olması və Avropa məhkəməsinin qərarlarının hökmən yerinə yetirliməsi üçün nə etmək lazımdır?

Cavab:  Bu məsələlərə hesabatda təfsilatı ilə ən azı tövsiyələr formasında toxunulub. Amma ümumi olaraq onu qeyd etmək olar ki, hüquqi dövləti bərqərar etmək, köklü islahatlar həyata keçirmək lazımdır. Belə olmadıqca, eyni problemlərlə, eyni hüquq pozuntuları ilə bağlı Avropa Məhkəməsi yeni-yeni qərarlar qəbul edəcək. Eyni pozuntu ilə bağlı bir neçə qərarın çıxarılması Avropa ailəsi üzvü olan ölkə üçün yaxşı görüntü deyil. Bu o anlama gəlir ki, hökumət əvvəlki pozuntulardan nəticə çıxarmır, nəticə çıxarıldıqda yanlışlıqlar təkrarlanmaz. AİHM qərarları eyni zamanda başqa məsələlərlə yanaşı, həm də dövlət büdcəsinə kompensasiyalar hesabına başa gəlir. Həmin vəsaitləri islahatlara yönəltmək zamanıdır. Hər bir cəmiyyətdə hər zaman problemlər olub və olacaq. Amma bəzi dövlətlərdə problemlərin həcmi və dərinliyi bütövlükdə ölkənin gələcəyini sual altında qoya bilir. Hesabatda da qeyd olunur ki, Azərbaycan barəsində çıxarılan qərarlarda əks olunan insan haqları ilə bağlı milli sistemdəki ciddi struktur problemlərinə görə Avropa Şurasının üzvü olan on iki dövlət arasındadır. Bu yaxşı mənzərə deyil, onu dəyişmək zamanıdır.

281 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda insan haqları sahəsində mənzərəni dəyişmək vaxtıdır

03 Haziran 2014

By
@
backtotop