İsmayıllı hadisələri üzrə apellyasiya şikayətinə baxılması təxirə salınır

ismayilli_mehbuslariŞəki məhkəməsində İsmayıllı hadisələri üzrə məhkumların apellyasiya şikayətinə iyunun 5-nə təyin edilmiş baxış baş tutmayacaq. Dinləmələr qeyri-müəyyən müddət üçün təxirə salınıb, bu barədə məhkumların vəkilləri bildirib.

Xatırladaq ki, 23-24 yanvar 2013-cü il tarixlərində İsmayıllı şəhərində xalq iğtişaşları baş verib. Buna yerli sakinlərin “Çıraq” otelinin sərxoş işçiləri tərəfindən təhqir edilməsi səbəb olub. Etirazçılar “Çıraq” otelini yandırıblar və rayon icra başçısının villasında talan törədiblər.

17 mart 2013-cü il tarixində Şəki Ağır Cinayətlər Məhkəməsi İsmayıllı hadisələri üzrə 18 təqsirləndirilən şəxs barəsində hökm çıxarıb. İğtişaş iştirakçıları ilə birlikdə iğtişaşlarla heç bir əlaqəsi olmayan ReAl hərəkatının lideri İlqar Məmmədov (7 il) və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu (5 il) da həbs edilib.

Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb. Bir o qədər müttəhim şərti cəza alıb.

Mayın 22-də Strasburq Məhkəməsi İ.Məmmədovun hüquqlarının pozulduğunu etiraf edib. Yaqublunun şikayətinə də Avropa Məhkəməsində baxılır.

Bir müddət əvvəl Aİ, Fransa və Böyük Britaniya XİN-ləri, ABŞ səfirliyi Məmmədov vəYaqublu barəsində hökmü pisləyib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

221 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İsmayıllı hadisələri üzrə apellyasiya şikayətinə baxılması təxirə salınır

03 Haziran 2014

By
@
backtotop