Əhməd Şahidov Türkiyə-Polşa münasibətlərinə həsr olunmuş tədbirdə iştirak edib

Türkiyənin Varsavadakı səfiri professor Yusif Ziya Özcan səlahiyyət müddətinin başa çatması ilə bağlı tədbirdə önəmli mesajlar verib

Yanvarın 22-də Polşanın paytaxtı Varşava şəhərində Türkiyənin Polşadakı səfirliyi və Yunus Əmrə Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi Türkiyə-Polşa münasibətlərinə dair tədbir keçirilib. Türkiyənin Varsavadakı səfiri professor Yusif Ziya Özcanın səlahiyyət müddətinin başa çatmasına təsadüf edən bu tədbirdə diplomatlar, vətəndaş cəmiyyəti fəalları, Polşada təhsil alan türk və azərbaycanlı tələbələr, habelə polyak gənclər iştirak ediblər.

Fevral ayında səfir kimi səlahiyyət müddətinin başa çatdığını bildirən professor Yusif Ziya Özcan Türkiyə-Polşa münasibətləri, Türkiyənin xarici siyasəti, Avropada baş verən son proseslər barədə öz fikirlərini bölüşüb. Daha sonra tədbir iştirakçılarının suallarını cavablandıran cənab səfir Türkiyənin region üçün artan önəmini vurğulayıb və terrorla mübarizədə Türkiyənin Avropa üçün strateji tərəfdaş olduğunu bildirib.

Səfir Yusif Ziya Ozcanın şəxsi dəvəti ilə tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bəzi məsələlər barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı səfir Yusif Ziya Ozcanla fikir mübadiləsi aparıb.

warsaw1 warsaw2 warsaw3 warsaw4 warsaw5 warsaw6 warsaw7

402 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Türkiyə-Polşa münasibətlərinə həsr olunmuş tədbirdə iştirak edib

23 Ocak 2016

By
@
backtotop