Avropa Parlamentində dini radikalizm, terror və insan haqları müzakirə olunub

Əhməd Şahidov Azərbaycanın multikuralizm ənənəsi barədə məlumat verib

Dekabrın 10-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentində “Din, Təhlükəsizlik və İnsan Haqları” mövzusunda dinləmələr keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş rəsmi şəxslər, din xadimləri, hüquq müdafiəçiləri və millət vəkillərinin iştirak etdiyi toplantıda son vaxtlar dünyada cərəyan edən hadisələr, dini zəmində baş verən toqquşmalar, dözümsüzlük halları, diskriminasiya və radikalizm meylləri müzakirə olunub.

BMT-nin Din və İnanc Azadlığı üzrə Xüsusi Məruzəçisi Dr. Heiner Bielefeldt, Hüquq və Dini Elmlər üzrə Beynəlxalq Mərkəzin rəhbəri Prof. Cole Durham, ATƏT DTİHB Baş Məsləhətçisi Dr. Kishan Manocha və digər tanınmış şəxslər məruzə ilə çıxış edib və müzakirələr aparılıb.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanın multikulturalizm və tolerantlıq ənənəsindən danışıb, eyni zamanda son vaxtlar müşahidə olunan dini radikalizm meyllərindən bəhs açaraq, Azərbaycanın da radikalizm və terrora qarşı beynəlxalq koalisiyanın bir parçası olduğunu bildirib.

avropa_parlamenti1 avropa_parlamenti2 avropa_parlamenti3 avropa_parlamenti4 avropa_parlamenti5 avropa_parlamenti6 avropa_parlamenti7

363 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Avropa Parlamentində dini radikalizm, terror və insan haqları müzakirə olunub

11 Aralık 2015

By
@
backtotop