Azərbaycanda keçirilən Parlament seçkiləri AŞPA Daimi Komitəsində müzakirə edilib

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi öz iclasını keçirib

Noyabrın 27-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin xüsusi iclası keçirilib. Daimi Komitənin iclasında insan haqları, miqrasiya məsələləri və qaçqınlar, diskriminasiya halları və seçkilər müzakirə olunub.

Daimi Komitənin iclasında Qırğızıstandakı Parlament seçkiləri (04 Oktyabr 2015), Belorusiyadakı Prezident seçkiləri (11 Oktyabr 2015), Türkiyə və Azərbaycandakı Parlament seçkiləri (01 Noyabr 2015) müzakirəyə çıxarılıb.

AŞPA Daimi Komitəsinin iclasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da yaxından iştirak edib.

İspaniyadan olan həmməruzəçi Jordi Xuclanın hazırladığı hesabatda 01 Noyabr tarixində Azərbaycanda keçirilən Milli Məclisə seçkilərin Azərbaycanın Seçki Qanunvericiliyinə uyğun olaraq, demokratik əsaslarla keçirildiyi bildirilib.

Azərbaycan hökumətinin Venesiya Komissiyasının tövsiyələrini nəzərə almasını vacib sayan hesabatda həmçinin insan haqları məsələsinə toxunulub və həbsdə olan hüquq müdafiəçiləri, jurnalistlər və ictimai fəallarla bağlı narahatçılıq ifadə olunub.

pace_sofia1 pace_sofia3 pace_sofia4 pace_sofia5

382 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda keçirilən Parlament seçkiləri AŞPA Daimi Komitəsində müzakirə edilib

27 Kasım 2015

By
@
backtotop