Əhməd Şahidov Kiprin tanınmış hüquq müdafiəçiləri ilə müzakirələr aparıb

ADİHİ rəhbəri Kipr türklərinin haqlarının müdafiəsi üçün birgə fəaliyyət təklifi irəli sürüb

Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün paytaxt Lefkoşa şəhərində ŞKTC İnsan Haqları Dərnəyində olub. Dərnəyin rəhbəri Hasan Yılmaz İşık ilə görüşən ADİHİ rəhbəri Kiprdə yaşayan türklərin bugünkü qayğıları ilə maraqlanıb, Kiprin birləşməsi istiqamətində gedən danışıqların detallarını müzakirə edib və Şimali Kipr vətəndaşlarının tapdanmış hüquqlarının qorunması istiqamətində birgə addımlar atmağın zəruriliyini vurğulayıb.

ŞKTC İnsan Haqları Dərnəyinin rəhbəri Hasan Yılmaz İşık Kiprdəki son durum barədə ətraflı məlumat verib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb və ŞKTC vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı öz fikirlərini bölüşüb.

hasanhasan1hasan2hasan3

294 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Kiprin tanınmış hüquq müdafiəçiləri ilə müzakirələr aparıb

04 Eylül 2015

By
@
backtotop