Əhməd Şahidov Qətərin aparıcı media qurumlarına müsahibələr verib

Qətərdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 15-də paytaxt Doha şəhərində bu ölkənin aparıcı media qurumlarına müsahibələr verib. Dohada keçirilən beynəlxalq konfransa qatılan hüquq müdafiəçisi Əhməd Şahidov Qətər Dövlət Xəbər Agentliyi və “Qatar Tribune”, “Urdu Post”, “Al Arab” qəzetlərininəməkdaşlarının suallarını cavablandırıb.

Qətər Milli İnsan Haqları Komitəsi tərəfindən təşkil olunan “Nifrət və ekstremizmlə mübarizə” adlı beynəlxalq konfransı yüksək qiymətləndirən ADİHİ rəhbəri dünyada baş verən prosesləri qiymətləndirib, müsəlman ölkələrinin üzləşdiyi haqsızlıqlardan danışıb. Azərbaycanın da üzləşdiyi ikili standartlar barədə söz açan Əhməd Şahidov Dağlıq Qarabağın işğalı faktını qabardıb, bir milyon qaçqının öz ata-baba yurdundan didərgin düşdüyünü və Azərbaycana yönəlmiş ədalətsiz qərarlardan danışıb.

Qətərli jurnalistlərin suallarını cavablandıran Əhməd Şahidov müsəlman dünyasının birgə fəaliyyətinin zəruriliyini vurğulayıb və Qətərin də bu işdə təşəbbüsü ələ almasını istəyib.

musahibe

254 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Qətərin aparıcı media qurumlarına müsahibələr verib

15 Eylül 2015

By
@
backtotop