Əhməd Şahidov ATƏT-in toplantısında deputatlığa namizədliyi barədə danışıb

Sentyabrın 25-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə demokratik seçkilər və şəffaf seçki sistemi, siyasi partiyaların seçkidə iştirakı və insan haqları mövzusu müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 01 Noyabr Parlament seçkiləri barədə məruzə ilə çıxış edib və bu dəfəki seçkilərin Azərbaycan hökuməti üçün demokratiya sınağı olacağını bildirib.

Özünün də 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd olduğunu toplantı iştirakçılarının diqqətinə çatdıran ADİHİ rəhbəri seçkilərdə 70 müşahidəçi ilə birlikdə fəaliyyət göstərəcəyini və seçkinin nəticələri ilə bağlı ATƏT, ATƏT PA, AŞPA və digər beynəlxalq qurumları məlumatlandıracağını deyib.

487 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov ATƏT-in toplantısında deputatlığa namizədliyi barədə danışıb

25 Eylül 2015

By
@
backtotop