ADİHİ rəhbəri Polşa mətbuatına müsahibəsində insan haqları barədə danışıb – VİDEO

Əhməd Şahidov Polşanın “New Eastern Europe” jurnalının redaktoru Bartosz Marcinkowski ilə söhbətində Dağlıq Qarabağ konfliktinə də toxunub

Avropada işgüzar səfərdə olan ADİHİ rəhbəri Əhməd Şahidov Polşanın Krakov şəhərində bu ölkənin nüfuzlu dərgilərindən olan “New Eastern Europe” jurnalının qonağı olub. Bartosz Marcinkowskinin suallarını cavablandıran hüquq müdafiəçisi Azərbaycanda insan haqları və demokratik vəziyyət barədə məlumat verib, Azərbaycanın xarici siyasəti ilə bağlı sualları cavablandırıb və Dağlıq Qarabağ konflikti haqqında ətraflı danışıb.

Avropa ilə Azərbaycan arasındakı münasibətlərə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov bəzi Avropa ölkələrinin və beynəlxalq qurumların Azərbaycana münasibətdə qərəzli mövqeyini sərt tənqid edib və Azərbaycanın inkişafını qıcıqla qarşılamağın yolverilməz olduğunu bildirib. Dağlıq Qarabağ və digər 7 rayonun işğal edilməsi barədə danışan ADİHİ rəhbəri Avropa ölkələrinin bu məsələdə də ikili standartlardan çıxış etdiyini təəssüflə qeyd edib.

Müsahibənin videosunu aşağıdan izləyə bilərsiniz.

291 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Polşa mətbuatına müsahibəsində insan haqları barədə danışıb – VİDEO

30 Haziran 2015

By
@
backtotop