Hüquq müdafiəçisi ATƏT-in baş katibi ilə görüşdə insan haqları məsələlərini müzakirə edib

Əhməd Şahidov ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı narahatçılığını cənab Lamberto Zannier ilə bölüşüb

İyun ayının 20-də Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2015 Təhlükəsizlik Forumu öz işini davam etdirib. Avropanın dövlət və hökumət başçılarının qatıldığı bu nüfuzlu toplantıda regionun təhlükəsizliyi və stabilliyi ilə bağlı qızğın müzakirələr aparılıb.

‘Avropanın Qonşuluq Strategiyası’ adlı paneldə iştirak edən ATƏT-in baş katibi qurumun prioritetləri ilə bağlı çıxış edib və ona ünvanlanan sualları cavablandırıb. Müzakirələrdə iştirak edən ADİHİ rəhbəri Əhməd Şahidov ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.

ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı narahatçılığını qurumun baş katibinə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT-in Azərbaycanda insan haqları və demokratiya sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və bundan sonra da ikitərəfli əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. ATƏT-in baş katibi cənab Lamberto Zannier da öz növbəsində Bakı ofisinin bağlanmasını təəssüflə qarşılayıb və rəhbərlik etdiyi qurumun bundan sonra da Azərbaycanda insan haqlarını müdafiə edəcəyini vurğulayıb.

301 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəçisi ATƏT-in baş katibi ilə görüşdə insan haqları məsələlərini müzakirə edib

20 Haziran 2015

By
@
backtotop