ADİHİ rəhbəri Xorvatiya və Makedoniya prezidentləri ilə görüşüb – GLOBSEC 2015 Forumu

İyunun 19-da Slovakiyanın paytaxtı Bratislava şəhərində öz işinə başlayan GLOBSEC 2015 Təhlükəsizlik Forumu Avropa ictimaiyyətinin və mətbuatının diqqət mərkəzindədir. Avropanın dövlət və hökumət başçılarının qatıldığı bu nüfuzlu beynəlxalq forumda Avropanın təhlükəsizliyi və Rusiyanın xarici siyasəti, antiterror fəaliyyəti və İŞİD-lə mübarizə, habelə miqrantlarla bağlı məsələlər müzakirə edilir.

GLOBSEC 2015 Forumunda Azərbaycanı təmsil edən ADİHİ rəhbəri Əhməd Şahidov müzakirələrdə yaxından iştirak edir və bir sıra Avropa liderləri ilə yaxından ünsiyyət qurmaqdadır. Balkan ölkələrinin təhlükəsizliyinə həsr olunmuş paneldə iştirak edən ADİHİ rəhbəri Əhməd Şahidov Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə ayaqüstü görüşüb və rəhbərlik etdiyi təşkilat barədə ölkə başçısına məlumat verib.

Daha sonra Makedoniya prezidenti George İvanov ilə görüşən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan-Makedoniya münasibətlərindən söz açıb. Makedoniya prezidenti George İvanov Azərbaycan haqqında müsbət fikirlər söyləyib, bir müddət əvvəl Bakıda səfərdə olduğunu, aprelin 28-29-da Bakıda keçirilən IIII Qlobal Bakı Forumunda yaxından iştirak etdiyini bildirib.

IMG_3821 IMG_3826 IMG_3834 IMG_3836

300 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Xorvatiya və Makedoniya prezidentləri ilə görüşüb – GLOBSEC 2015 Forumu

19 Haziran 2015

By
@
backtotop